Minsk Qrupu real iş görmək gücündə deyil
Turan
01:35 17.09.2020
Siyasət
938
"Tərkibi dəyişdirilərək Almaniya və Türkiyənin əlavə olunmasını təmin etməliyik"
Xəbər verdiyimiz kimi, xarici işlər naziri Ceyhun Bayramov Fransanın Azərbaycandakı səfiri Zakari Qrosu qəbul edib. Tərəflər iki ölkə arasındakı münasibətlərdən danışdıqdan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr aparıblar. Nazir ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində Fransa səfirinə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranmış vəziyyət barədə ətraflı məlumat verib. Münaqişənin həlli üzrə danışıqlar prosesinin Ermənistan tərəfinin nümayiş etdirdiyi son dərəcə təxribatçı və məsuliyyətsiz davranış səbəbindən dalana dirəndiyi qeyd olunub.
Ermənistan rəhbərliyinin bölgədə gərginliyin alovlanmasına xidmət edən təhrikçi əməlləri və bu kimi təxribatçı fəaliyyətə Minsk Qrupu həmsədrləri tərəfindən münasibət bildirilməməsi təəssüflə vurğulanıb.
Həmçinin, işğalçı Ermənistan ilə, əraziləri 30 ilə yaxındır ki, işğal altında saxlanılan Azərbaycana tarazlı mövqe nümayiş etdirilməsinin düzgün olmadığı bildirilib.
Səfir Zakari Qros Fransanın bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu vurğulayaraq, münaqişənin həlli üzrə danışıqlarda irəliləyişin əldə olunmamasından ölkəsinin də narazı olduğunu qeyd edib.
Fransa üç həmsədr ölkədən biri olduğu üçün Azərbaycan tərəfinin rəsmi Parisdən danışıqlar prosesində tərəfsiz və ədalətli mövqe gözləməsi təbiidir. Ancaq bunu indiyədək görməmişik, Fransa daha çox ermənipərəst yanaşma sərgiləyib.
Məlum görüşü “Şərq”ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, regionda baş verən proseslər eyni xətt üzrə davam edir. Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin Yunanıstan səfirinin etibarnaməsini qəbul edərkən Türkiyəni dəstəkləyən sərt mesajı diqqətdən yayınmamalıdır:
“Azərbaycan torpaqlarının işğaldan azad olunması və bütün Qafqazın Rusiyanın təsir dairəsindən çıxması əsas prioritet məsələdir. SSRİ-dağıldıqdan sonra keçmiş respublikalar məkanda sıx əlaqələrini bərabərlik şəklində saxlamağa cəhd etsələr də, Rusiya dominant ölkə olaraq bütün əlaqələrin, sadəcə, Kremlin maraqları çərçivəsində həyata keçməsinə imkan verirdi.
Bütün bunlar nəticədə perspektivsiz münasibətlərə gətirib çıxartdı. Postsovet məkanında süni şəkildə yaradılmış və bu gün də həllini tapmayan problemlər durduqca MDB, KTMT və Avrasiya İttifaqı kimi qurumların siyasi gələcəyi yoxdur və iflasa məhkumdur.
Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində bütün fəaliyyətlər Fransa və Rusiyanın birmənalı olaraq Ermənistanı dəstəkləməsi səbəbindən irəliləmir. Vasitəçi ölkələrdən yalnız ABŞ-ı təmsil edən həmsədrlər zaman-zaman obyektiv təkliflərlə çıxış etsələr də münaqişənin həlli ölü nöqtədən tərpənməyib”.
V.Əfəndiyev qeyd edib ki, münaqişənin həlli üçün mövcud olan yeganə beynəlxalq format Minsk Qrupu olduğu üçün danışıqları davam etdirməyin başqa yolu yoxdur:
“Üçlü həmsədr institutunun iki üzvü birmənalı olaraq tərəf tutduqları üçün bu tərkibdə Minsk Qrupunun fəaliyyət göstərməsi mümkünsüzdür. Fransa və Rusiya birmənalı olaraq tərkibdən çıxarılaraq başqa dövlətlərlə əvəz olunmalıdır.
Fransa həmsədrlikdən uzaqlaşdırılmasa, o zaman buna qarşılıq olaraq Türkiyə həmsədrliyə əlavə edilməlidir. Rusiyanın həmsədr kimi qalması isə faktiki olaraq qeyri-qanunidir.
Moskva Ermənistanla hərbi müttəfiqlik etməklə yanaşı, işğalçı ölkədə hərbi baza saxlayır və mütəmadi olaraq Ermənistan ordusuna təmənnasız ağır döyüş silahları bağışlayır.
Hesab edirəm ki, Minsk Qrupu bu tərkibdə hansısa real iş görmək imkanında deyil. Ona görə də hansı yolla olur-olsun, Minsk Qrupunun tərkibi dəyişdirilərək Almaniya və Türkiyənin əlavə olunmasını təmin etməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat