Minsk qrupunun ləğvi tələbini qəbul edən İrəvanın başqa siyasi oyunu var- DETALLAR
Yusif Nəzərli
11:51 12.01.2025
Siyasət
509
"Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyi nəzərdən keçirir. Bunu Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib. Lakin belə bir müraciət etməyiblər, sadəcə nəzərdən keçirdiklərini elan etməklə Bakıya “razı ola bilərik” mesajını verirlər".
Sherg.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert hesab edir ki, Ermənistanın Minsk qrupu məsələsindən siyasi bazarlıq üçün istifadə edəcəyi aydın idi. İndi bu məsələni nəzərdən keçirmələri də sülh sazişinin bir maddəsini icra etməmələrindən qaynaqlanır:
"17 maddəlik mətnin iki maddəsi – beynəlxalq iddialardan imtina və üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması (Avropa İttifaqı müşahidə missiyası) – razılaşdırılmamışdı. Paşinyan 9 yanvarda Bakıya ünvanladığı təkliflərdə beynəlxalq iddialardan imtina edilməsinə razı olduqlarını bəyan etdi. Lakin üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılmasına toxunmadı.
Bir gün sonra – 10 yanvarda Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaja Kallas Ermənistandakı missiyasının müddətinin daha iki il uzadılmasını təklif etdi. Kallasın sözçüsü Anitta Hipper bildirdi ki, üzv dövlətlər təklifi alqışlayıb və məsələnin həlli üçün prosedur qaydalar həll edilir, yaxın həftələrdə missiyanın müddətinin uzadılması ilə bağlı rəsmi qərarın açıqlanacağı gözlənilir".
Siyasi şərhçi bildirir ki, gözlənildiyi kimi, Ermənistan üçüncü ölkələrə məxsus qüvvələri – Aİ missiyasını sərhəddən çıxarmaq tələbini yerinə yetirmədi. Və Bakıya “Aİ missiyası” tələbinin əvəzinə “Minsk qrupu tələbi”ni icra edə biləcəkləri mesajını verir, sülh sazişini də bu razılaşmalar çərçivəsində imzalamaq istəyirlər:
"Bakının qəbul edəcəyi ehtimalı sıfıra bərabərdir, çünki sülh sazişi üçün vacib olan Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi hələ də qalır. İrəvan da Minsk qrupunun ləğvi üçün ATƏT-ə müraciət məsələsini “güzəşt” kimi danışıqlarda aktual olaraq saxlayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm