Moskva bir daha göstərdi: “Münaqişənin ədalətli həllində maraqlı deyil”
Fidan Həmişəyeva
11:58 06.08.2020
Siyasət
1001
“Rusiya təhlükəli qonşudur, Gürcüstan və Ukraynanı parçalayıb. Bu amillər nəzərə alınmalıdır”
“Ancaq bu, o demək deyil ki, Ermənistana artan hərbi dəstək fonunda Kremllə münasibətlərdə heç nə olmamış kimi davranılmalıdır”
“Başqa alternativimiz yoxdur. Türkiyə ilə daha sıx hərbi və siyasi əməkdaşlıq etməliyik”
Rusiyanın sabiq Prezidenti və Baş Naziri Dmitri Medvedev Azərbaycan və erməni diasporlarını məsuliyyətli olmağa çağırıb. D.Medvedev Rusiyada Ermənistan və Azərbaycandan gələnlərin qarşıdurması ilə bağlı diasporlara məsuliyyətli olmaq barədə xəbərdarlıq edib:
“Bütün bunlar, yəni Dağlıq Qarabağ münaqişəsi xarici problemdən daxili problemə çevriləndə, bu diasporlar da məsuliyyətlərini hiss etməlidirlər".
D.Medvedevin bu çağırışı Azərbaycanın Ermənistanla eyni tərəzinin gözünə qoyulması deməkdir. Çünki hər dəfə beynəlxalq hüququn normalarını pozan, təxribata əl atan məhz separatçı Ermənistandır. Ona görə də, ölkəmizə hər hansı bir xəbərdarlığın edilməsi yanlış, ümumiyyətlə məntiqsizdir.
Çağırışla bağlı fikirlərini “Sherg.az”la bölüşən “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, politoloq Azər Rəşidoğlu bildirib ki, Rusiya bu addımı atmaqla Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində, Azərbaycanın ərazi bütövlüyünü təminatında marağı olmadığını bir daha göstərmiş oldu.
Politoloq vurğulayıb ki, Rusiya Ermənistanı müdafiə edir və bundan sonra Ermənistan hakimiyyətinin danışıqlar yolu ilə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağını gözləmək əbəsdir:
“Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətlərdə problem yaşamaq istəmir. Bu anlaşılan siyasətdir. Rusiya təhlükəli qonşudur, Gürcüstan və Ukraynanı parçalayıb. Bu amillər nəzərə alınmalıdır. Ancaq bu, o demək deyil ki, Ermənistana artan hərbi dəstək fonunda Rusiya ilə münasibətlərdə heç nə olmamış kimi davranılmalıdır. Rəsmi Bakı Rusiyanın son addımlarından, Ermənistanla keçirdiyi hərbi təlimlərdən narahatdır. Bu addımlar Azərbaycanın da öz hərbi-strateji müttəfiqləri ilə Rusiya-Ermənistan hərbi ittifaqı səviyəsində münasibətlər qurmağa sövq edəcək”.
Analitikin fikrinə, Rusiyanın Ermənistana verdiyi hərbi dəstək rəsmi Bakını balanslaşdırılmış xarici siyasətə “əl” gəzdirməyə məcbur etməlidir:
“Çünki belə görünür ki, Ermənistanla növbəti hərbi toqquşma daha irimiqyaslı olacaq. Ermənistan hakimiyyəti əlindən gələn hər şeyi edəcək ki, Rusiya Ermənistan tərəfdən bu vəya digər şəkildə toqquşmalarda iştirak etsin.
Azərbaycan ordusu Ermənistan ordusu üzərində qələbə çala bilər. Amma təkbaşına Rusiya-Ermənistan hərbi maşını ilə savaşmaq problematikdir. Bu disbalansın qarşısını almağın yolu Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmaqdan keçir.
Rusiya-Ermənistan hərbi ittifaqının məqsədi Azərbaycanı təkləyib zəiflətməkdirsə, belə olan halda Azərbaycanın da məqsədi mümkün müharibəni total səviyyəyə daşımaq olacaq. Başqa alternativimiz yoxdur. Türkiyə ilə daha sıx hərbi və siyasi əməkdaşlıq etməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm