“Moskva ilə İrəvanın müttəfiqlik münasibətləri tarixə qovuşur”
Turan
12:53 15.05.2020
Siyasət
727
“Lavrovun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi sürəci ilə bağlı fikirləri bu mətləblərdən xəbər verir”
“Paşinyanın babasının faşistlərə xidmət etməsi əslində çox da təəccüblü bir fakt deyil.
Bunu “Sherg.az”a politoloq Ceyhun Əhmədli deyib.
Analitik bildirib ki, müharibə cəlladlarının qəhrəmanlaşdırılması Ermənistana xas bir haldır:
“Ermənistan dövlət olaraq faşizm ideologiyası əsasında qurulduğu kimi, onun rəhbərləri də faşist cəlladlarına olan rəğbətlərini heç vaxt gizlətməyiblər. Qaregin Nijdeyə İrəvanın mərkəzində böyük bir abidənin ucaldılması bu fikrin əyani təsdiqidir. Birinci Qarabağ savaşında əli sivil insanların qanına batmış, soyqırım cinayətləri törətmiş müharibə cəlladlarının qəhrəmanlaşdırılması da Ermənistan cəmiyyətinə xas bir haldır. Çox uzağa getməyək, düşmən ölkənin keçmiş rəhbərlikləri Qarabağda yaşanmış insanlıq dramının əsas ssenari müəllifləri və birbaşa iştirakçıları olublar. Təəssüf ki, dünya birliyi bu məsələyə indiyə kimi tam adekvat yanaşma sərgiləməyib. Amma Azərbaycan dövlətinin son dövrlər artan diplomatik hücumları yeni siyasi reallıqların yaranmasına rəvac verib. Belə ki, Prezident İlham Əliyevin beynəlxalq siyasi platformalarda, xüsusən Rusiya dövlətinin dominantlığının nəzərə çarpdığı təsisatların toplantılarında bütün bu məsələləri dilə gətirməsi, tarixi hadisələri ardıcıllaqla və faktoloji əsaslandırması Ermənistan rəhbərliyini çətin duruma saldı. Moskva ilə İrəvan arasında soyuq münasibətlərin formalaşmağa başlaması bu prosesin məntiqi davamı idi. Azərbaycan dövlətinin düşmənə yönəlik diplomatik hücumları Rusiyanın siyasi dairələrində bu tezisi təlqin edir: "Rusiya dövləti faşistlərə rəğbət bəsləyən bir ölkə ilə dost ola bilməz”.
Siyasi şərhçinin sözlərinə görə, Paşinyan kimi anti-Rusiya ritorikasına sahib olan bir şəxsin Ermənistanda hakimiyyətdə olması bu prosesi daha da tətikləyən mühüm amildir:
“Nəticə etibarilə, artıq Moskva ilə İrəvan arasında mövcud olan ənənəvi müttəfiqlik münasibətləri tarixə qovuşur. Bu yaxınlarda Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi sürəci ilə bağlı səsləndirdiyi fikirlər elə qeyd etdiyim mətləblərdən xəbər verir. Lavrov ilk dəfə mərhələli həll variantına uyğun olaraq Dağlıq Qarabağ ətrafı torpaqların boşaldılması təklifi ilə çıxış etdi. Ermənistan cəmiyyətində şok effekti verən bu yanaşma əslində real siyasət nümunəsidir. Dövlətlərarası münasibətlərin əsas tənzimləyici faktoru milli maraq kateqoriyasıdır. Bu gün Rusiyanın Cənubi Qafqazla bağlı geosiyasi baxışları əhəmiyyətli dərəcədə dəyişib. Ermənistanda gedən proseslər və Azərbaycan Prezidentinin peşəkar diplomatik gedişləri bunun fundamental səbəbləridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol