“Moskva sazişinin Azərbaycan üçün hüquqi öhdəliyi olmamalıdır”
Turan
12:41 12.05.2020
Siyasət
792
“Azərbaycan tərəfi hücum etməmək öhdəliyini üzərinə almır”
“Şübhəsiz, növbəti dəfə Azərbaycan Ermənistana zərbə endirəcək. Bu, qaçılmaz prosesdir”
“Ermənistanla Azərbaycan arasında Bişkek protokolu adlanan ilk atəşkəs sazişindən 26 il ötür. 26 il ərzində danışıqlar prosesində Azərbaycanın gözləntiləri özünü doğrultmayıb”.
Bunu “Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, Ermənistan tərəfi bütün danışıqlar prosesini hər vəchlə sabotaj edib:
“Bişkek protokolu sülh sazişi və daimi atəşkəsin qorunması anlaşması deyil. Bu müvəqqəti və müddətsiz bir sazişdir. Azərbaycan istənilən vaxt danışıqlarda müsbət nəticə əldə etməsə, hücum etmək iqtidarını özündə saxlayır. 2016-ci il aprel döyüşlərində Bişkek protokolunun Azərbaycan üçün önəmli bir saziş olmadığı aydın oldu. Bununlada, atəşkəs sazişi qüvvədən düşmüş sayılmalıdır. Yenidən Moskvada Azərbaycan və Ermənistan Baş qərargah rəisləri Rusiyanın vasitəçilyi ilə yeni atəşkəs sazişi bağladılar. Bu, Moskva sazişidir və burada danışıqların davam etdirilməsi təsbit edilib. Göründüyü kimi Ermənistan danışıqlarda maraqlı deyil. Bundan əlavə, Moskva sazişinin Azərbaycan üçün hüquqi öhdəliyi olmamalıdır. Yəni Azərbaycan tərəfi hücum etməmək öhdəliyini üzərinə almır. Heç şübhəsiz, növbəti dəfə Azərbaycan Ermənistana zərbə endirəcək. Bu, qaçılmaz prosesdir”.
Siyasi şərhçinin sözlərinə görə, danışıqlarda hələ ki müsbət dinamika yoxdur:
“Türkiyənin bizə köməyi lazım olmalıdır. Ankara Liviyada, Suriyada öz geosiyasi maraqlarını güclü müdafiə edərək, demək olar ki, öz mövqelərini gücləndirir, bütün döyüşlərdə qələbə əldə edir. Qarabağ münaqişəsi çox uzun sürdü. Halbuki, bu münaqişə çox asan həll varinatına malikdir. Ankara Suriya, Liviya və İraqda prinsipial mövqe ortaya qoyub. Rusiya və digər ölkələr Türkiyə ilə razılaşırsa, Cənubi Qafqazda, xüsusilə Qarabağ məsləsində də razılaşa bilərlər. Bu aksioma deyil, praktik həll variantıdır”.
Analitikin fikrincə, Qarabağ məsləsinin həllini çətinləşdirən Ermənistanın propaqandasıdır:
“Azərbaycan mətbuatı və siyasi çevrələr Qarabağ münaqişəsinin asan həll yolunu daima qabartmalıdır və Türkiyə faktorunu önə çəkməlidir. Azərbaycan regionda Rusiyanın geosiyasi maraqlarını bu illər nəzərə aldı. Rusiya ilə dostluq və qonşuluq əlaqələri yüksək səviyyədədir. Hər iki ölkə arasında heç bir problem yoxdur . Fikir ayrılıqları, yalnız Qarabağ məsləsində haçalanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də F-35B döyüş təyyarəsi qəzaya uğrayıb
02:15 02.08.2026
Dünya
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya