Moskvaya mesaj: “Koçaryan və Sarkisyanı hakimiyyətə gətirməyin”
Fidan Həmişəyeva
11:44 25.11.2020
Siyasət
798
“Onlar hakimiyyətə gəldikləri təqdirdə, iki ölkə arasındakı münasibətləri qaydaya salmaq mümkün olmayacaq”
“Onsuz da erməni xalqı nə Koçaryanı, nə də Sarkisyanı sevir”
“Onların “əl”i azərbaycanlıların qanına batıb”
Xəbər verdiyimiz kimi, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev noyabrın 23-də Ağdama səfər edib. Ölkə başçısı səfər zamanı Ağdam məscidinin qarşısında çıxış edib. Ali Baş Komandan çıxışı zamanı mühüm məqamlara toxunub.
Prezident qeyd edib ki, 44 günlük müharibə dövründə Azərbaycan Ordusu Ermənistanın keçmiş rəhbərləri olan Koçaryan və Sarkisyan ordusunu məhv etdi:
“Azərbaycan Ordusu Koçaryan və Sarkisyanı diz çökdürdü. İndi onlar qalan miskin həyatlarını məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqlar. Koçaryan-Sarkisyan rejiminin Ermənistana rəhbərlikləri dövründə erməni xalqına qarşı törətdikləri cinayətlər hər kəsə bəllidir. Onlar həm də erməni xalqının böyük nifrətini qazanıblar. Hətta ağır məğlubiyyətdən sonra belə erməni xalqı onların yenidən hakimiyyətə qayıtmasını istəmir”.
Ali Baş Komandanın fikirlərini yüksək qiymətləndirən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli “Sherg.az”a bildirib ki, həm Koçaryan, həm də Sarkisyanın “əl”i azərbaycanlıların qanına batıb:
“Sarkisyan özü Xocalı soyqırımdan iştirak etdiyini dəfələrlə etiraf edib. Hətta belə bir fikir söyləyib: “Azərbaycanlılar mülki əhaliyə əl qaldıra biləcəyimizə inanmırdılar. Yəqin ki, Xocalı soyqırımından sonra bunu başa düşəcəklər”. Gördünüyü kimi, bu əxlaqsız və mənəviyyatsız adam dinc əhalimiz üzərində apardığı soyqırımı siyasətindən həzz alır”.
Politoloqun sözlərinə görə, Koçaryan və Sarkisyan torpaqlarımızın işğalında və dinc əhalimizin qətlində iştirak edib. Onlar yenidən hakimiyyətə gəldikləri təqdirdə, yenə də iki ölkə arasındakı münasibətləri qaydaya salmaq mümkün olmayacaq:
“Cənab Prezidentin Ağdamdakı çıxışı həm erməni xalqına, həm də rəsmi Moskvaya bir mesaj idi. Yəni bu şəxslərlə çox yaxınlıq etməyin və onları yenidən hakimiyyətə gətirməyə çalışmayın. Onsuz da erməni xalqı nə Koçaryanı, nə də Sarkisyanı sevir. Bu baxımdan ölkə Prezidenti gələcəyə yönəlik dəqiq proqnozlar verir. Ali Baş Komandanımız həm erməni ictimaiyyətini, həm də Ermənistan siyasi rəhbərliyini himayə edən güc mərkəzlərini təhlükəli durumlar barədə xəbərdar edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol