MSK bələdiyyə seçkilərinə yekun vurub - YENİLƏNİB
Yusif Nəzərli
14:15 14.02.2025
Siyasət
311
Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin yekunları ilə bağlı yekdilliklə qərar qəbul edib.
APA-nın xəbərinə görə, daha sonra MSK üzvləri bələdiyyə seçkilərinin yekunları ilə bağlı protokolu təsdiq edib.
***
17:02
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin yekunları müzakirəyə çıxarılıb.
APA-nın xəbərinə görə, MSK sədri Məzahir Pənahov bildirib ki, MSK səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində seçkilərin yekunlarını yoxlamalı və təsdiq etməlidir.
Qeyd edilib ki, bələdiyyə seçkilərində adları seçki bülletenlərinə daxil edilən namizədlərin sayı 16092 nəfər olub. 16092 namizədin 8424-ü 23 siyasi partiya tərəfindən irəli sürülüb. 118 seçki dairəsi üzrə 685 bələdiyyəyə 8071 üzv seçilməli olduğu bələdiyyə seçkilərini izləmək üçün MSK və dairə seçki komissiyalarında ümumilikdə 70 625 müşahidəçi akkreditasiyadan keçib.
Bələdiyyə seçkilərində seçici fəallığı 31.45 faiz olub
MSK-nın seçkinin yekunları ilə bağlı protokol layihəsi barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Sənəddə bələdiyyə seçkilərinin Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun keçirildiyi qeyd edilib. Qərar layihəsində MSK tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq, 15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 8 saylı, 23 saylı Nəsimi – Səbail seçki dairəsinin 29 saylı, 80 saylı Lerik – Astara seçki dairəsinin 62 saylı, 81 saylı İmişli seçki dairəsinin 11 saylı, 86 saylı Ağcabədi seçki dairəsinin 30 saylı seçki məntəqəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən qanun pozuntuları aşkarlandığından səsvermənin nəticələri ləğv edilib. Seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən qanun pozuntuları aşkarlandığından, MSK-nın qərarı ilə 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə Şürük və 117 saylı Oğuz – Qəbələ – Şəki seçki dairəsi üzrə Padar bələdiyyəsinə seçkilər etibarsız sayılıb. Seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyənləşdirilməsində yol verilən nöqsanlara görə 15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 8 saylı, 23 saylı Nəsimi – Səbail seçki dairəsinin 29 və 30 saylı, 80 saylı Lerik – Astara seçki dairəsinin 62 saylı, 81 saylı İmişli seçki dairəsinin 11, 42, 43, 44, 46 saylı və 86 saylı Ağcabədi seçki dairəsinin 30 saylı seçki məntəqəsinin məntəqə seçki komissiyası buraxılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə
DYP skuter istifadəçilərinə müraciət edib
10:08 04.05.2026
Cəmiyyət
"Inter" 21-ci çempionluğunu elan etdi
09:57 04.05.2026
Futbol
30 ilə hamımız Çin dilində danışacağıq - Nazir
09:54 04.05.2026
Gündəm
ABŞ "Azadlıq Layihəsi" əməliyyatına 15000 hərbçi göndərəcək
09:31 04.05.2026
Gündəm
Kruiz gəmisində hantavirus yayıldı: Ölənlər var
09:19 04.05.2026
Dünya