"Müharibə ilk növbədə ermənilərin özünə böyük zərbə vuracaq"
Turan
08:14 24.09.2020
Siyasət
903
"Ermənistanda sorğu keçirsələr, Azərbaycanla döyüşmək istəyən adam tapmayacaqlar"
“Ulu öndərimiz deyirdi ki, “Vətənpərvərlik orduda xidmət etmək deyil, Vətəni sevmək, dövlətə sədaqətli olmaq, torpağa bağlılıq deməkdir”. Əsl vətənpərvərlik budur”.
Bu sözləri “Şərq”ə açıqlamasında ehtiyatda olan polkovnik, Qarabağ qazisi Nazim Əhmədov deyib. Hərbiçi bildirib ki, xalqımız ayaqdadır, vətəndaşlarımız, xüsusən gənclər erməni təxribatının qarşısını almaq, düşməni torpaqlarımızdan birdəfəlik qovmaq üçün cəbhəyə getməyə can atırlar: “Azərbaycan millətində böyük vətənpərvərlik ruhu var.
Xalqımız qəhrəmandır, döyüşkəndir. Döyüşkən deyəndə bizə kiminsə torpağı lazım deyil, işğala məruz qalmış öz torpaqlarımız uğrunda döyüşürük. Nəyin bahasına olur-olsun, ərazilərimizi erməni tapdağından azad etməliyik.
Fikirlərim birmənalı qarşılanmaya bilər, amma hərbiçi kimi öz düşüncəmi söyləyirəm. Şəxsən istərdim ki, torpaqlarımızı danışıqlar yolu ilə deyil, müharibə ilə geri qaytaraq.
Düzdür, vətəndaş kimi yanaşmam başqadır, sıravi insan olaraq sülhə dəstək verirəm. Dövlət başçımız da çalışır ki, mümkün qədər Qarabağ münaqişəsi dinc yolla həllini tapsın, itkilərimiz, şəhidlərimiz olmasın.
Torpaqlarımızı döyüş yolu ilə geri almağı ona görə istəyirəm ki, gələcək nəsil, nəvə-nəticələrimiz bizi məyus xatirələrlə, başıaşağı yad etməsinlər, bizdən utanmasınlar. Bu gün düşməni möhkəm əzməliyik, onlara elə dərs verməliyik ki, sabahkı nəsil rahat yaşasın, bizi ittiham etməsin”.
Polkovnik vurğulayıb ki, son dövrlər ordumuz həddindən artıq güclənib, müasir silahlarla təmin olunub. Ancaq müharibə yeni başlayanda hərbi sahədə vəziyyət çox pis idi: “1992-93-cü illərdə döyüşmüş hərbçi kimi həmin dövrün şahidiyəm.
Döyüşməyə silah-sursat tapa bilmirdik. Günlərlə yalvarırdıq ki, “yuxarıdan” bizə tank, top, zirehli maşın, mərmi göndərsinlər. Top tapırdıq, mərmi yox, silahı birtəhər əldə edirdik, güllə çatışmırdı. Sadəcə avtomatla vuruşa-vuruşa irəliyə gedirdik. Şükürlər olsun, indi ordumuz yüksək hərbi-texniki təchizata malikdir.
Ermənilər kimdir ki?! Havadarları olmasa, qarşımızda duruş gətirə bilməzlər. Öz himayədarlarına arxayın olaraq cəbhə xəttində, sərhəddə təxribatlara əl atırlar, gərginliyi artırırlar.
Başa düşmürlər ki, müharibə ilk növbədə ermənilərin özünə böyük zərbə vuracaq. Ermənistanda sorğu keçirsələr, Azərbaycanla döyüşmək istəyən adam tapmayacaqlar. Ermənilərin böyük əksəriyyəti Qarabağın onların olmadığını çox yaxşı bilirlər və müharibə istəmirlər. Siyasilər isə öz oyunları ilə məşğuldur.
Baş nazir Nikol Paşinyanın Qarabağla bağlı hədyanları, yoldaşının avtomatla şəkil çəkdirib artistlik etməsi siyasi məqsədlər üçündür. Reallıqda Ermənistan hakimiyyəti də, erməni xalqı da müharibəyə hazır deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat