“Münaqişənin nizamlanmasında Rusiyanın aktiv rol oynamasına ümid bəsləyirik”

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, regionun böyük dövlətidir.

Bu cəhətdən biz Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha aktiv rol oynamasına xüsusi ümid bəsləyirik”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib.