“Münhen debatı diplomatiya tariximizin parlaq səhifəsidir” – ŞƏRH
Şəymən Bayramova
08:45 15.04.2020
Siyasət
666
“Eyni zamanda, bu, haqlı dünya baxışının haqsız və təcavüzkar dünya baxışının üzərində qələbəsidir”
“Debat Ermənistanın BMT-nin qərarlarına uyğun sürətdə hərəkətə sövq edilməsi üçün güclü bir impuls oldu”
“Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunmuş debat imkan verdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər dünyaya çatdırılsın”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda deyib. Ölkə başçısı qeyd edib ki, sözügedən konfrans Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətlər, həm münaqişə ilə bağlı həqiqətlərin canlı efir vasitəsilə geniş auditoriyaya çatdırılmasına imkan verdi:
“Bir daha göründü ki, erməni təbliğatı saxtakarlıq, yalan, mifologiya üzərində qurulub. Azərbaycanın mövqeyi tarixə, tarixi sənədlərə, tarixi reallıqlara və beynəlxalq hüquqa əsaslandığına görə Münxen Təhlükəsizlik Konfransının yekunları Ermənistan təbliğatını darmadağın edib və uzun illər ərzində uydurduğu yalan məlumatlara son qoyub”.
Qeyd edək ki, fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Debatın gedişatı zamanı Prezident İlham Əliyev məntiqli, tutarlı arqumentlər səsləndirməklə opponenti üzərində üstünlük qazanıb.
Məsələni “Sherg.az”a şərh edən politoloq Qabil Hüseynli də hesab edir ki, Münhen debatı bir növ Azərbaycan diplomatiyası tarixində böyük parlaq, səhifələrdən birinə çevrildi:
“ Həmin görüşdə ölkə başçısının çıxışı və qətiyyətli duruşu dünya ictimai rəyini və Azərbaycan və Dağlıq Qarabağ probleminə baxış bucağını ciddi surətdə dəyişməyə vadar edəcək bir məqam idi. O proses hələ də davam edir. Azərbaycan futbol termini ilə desək, əzmimizin üstünlükləri ilə Ermənistan üzərində qələbə çaldıq. Düzdür, bu konfransda Azərbaycanın Ermənistan üzərindəki diplomatik üstünlüyü hələ nəzəri, intellektual sahədə olan bir təcrübi qələbədir. Eyni zamanda, haqlı dünya baxışının haqsız və təcavüzkar dünya baxışının üzərində qələbəsidir. Son dövrlərdə Dağlıq Qarabağ problemi ilə bağlı təklif edilən həll variantlarında müsbət cəhətlərdə diqqəti çəkirdik. Zənnimcə, Münhendə baş verən danışıqlar problemin Azərbaycanın ərazi bütövlüyünün çərçivəsində həll edilməsinə, qarşı tərəfin BMT-nin qərarlarına uyğun sürətdə hərəkətə sövq edilməsi üçün güclü bir təkan, implus oldu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur