Müxalifət partiyasının lideri: Fransanın nüvə qalxanı Polşanı qoruya bilməyəcək
Yusif Nəzərli
16:45 08.05.2025
Siyasət
354
Fransanın nüvə sipərini digər Avropa ölkələrinə, o cümlədən Polşaya da şamil etmək təşəbbüsünü ciddi qəbul etmək olmaz.
Teleqraf xəbər verir ki, bu fikri Polşanın aparıcı müxalifət partiyası olan “Hüquq və Ədalət”in lideri Yaroslav Kaçinski səsləndirib.
Kaçinski "TVP Info" kanalında yayımlanan mətbuat konfransında deyib: “Nüvə zəmanətlərinə gəlincə, Fransanın nüvə qüvvələri Rusiya ilə müqayisədə çox kiçik və zəifdir”.
O xatırladıb ki, qardaşı Lex Kaçinski prezident olduğu dövrdə Parisdən oxşar təklif almışdı və bu, ciddi qarşılanmamışdı: “Qeyri-ciddi təklifləri ciddi qəbul etmək olmaz”.
Siyasətçinin sözlərinə görə, Paris bu təşəbbüslərlə yenidən böyük dövlət statusunu qazanmağa çalışır: “Fransa bu yolla mövqeyini gücləndirməyə və böyük dövlət obrazını bərpa etməyə çalışır, lakin müasir dünyada artıq təkbaşına belə statusa malik deyil. Bu cəhdlərin mənası yoxdur”.
Qeyd edək ki, mart ayında Polşanın Baş naziri Donald Tusk Varşavanın nüvə silahına çıxış imkanlarını araşdırdığını bildirmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol