Müxalifətin gözləntisi: Tramp dönəmində Cənubi Qafqaz Amerikanın diqqət mərkəzində olmayacaq
Yusif Nəzərli
06:15 25.01.2025
Siyasət
269
ABŞ Prezidenti Donald Trampın Ağ Evə ikinci dəfə gəlişi dünyada böyük maraqla qarşılanıb. Beynəlxalq məkanda əksər siyasi iradə mərkəzləri məhz Ağ Evin yeni sahibi ətrafında ciddi mülahizələr irəli sürür. Narahatlıqla məmnunluq arasında məsafə uzaq olmasa da, Trampın hansı xətti seçəcəyi ilə bağlı təşviş yaşayanlar az deyil. Sözsüz ki, Donald Trampın siyasi mesajları onun gələcək strateji planları barədə aydın təsəvvür yaratmaq üçün yetərli hesab edilmir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında bildirən Müsavat Partiyasının Məclis sədri Arif Hacılı Donald Trampın proqnozlaşdırılan kimi prezident olmayacağını söyləyib.
“Trampdan gözləntilər fərqlidir. Rusiya-Ukrayna müharibəsi fonunda onun ilk açıqlamaları Kremlin xeyrinə deyil. O daha çox iqtisadi məsələlərə üstünlük verən siyasətçi olduğunu bəyan edib. Bu mənada, Cənubi Qafqazda daha güclü, təsirli ölkə kimi Azərbaycan ABŞ üçün daha faydalı olacaq. Amma bu faktorun Trampın siyasətində özünü necə göstərəcəyini yaxın aylar ərzində görmək mümkün olacaq”, - deyə o qeyd edib.
Arif Hacılı bildirib ki, Tramp müharibələri dayandıracağını, sülhməramlı prezident olacağını bəyan edib: “Əgər o verdiyi vədlərə əməl edəcəksə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olunmalıdır. O, həmçinin dünyada kommunikasiyaların açılması, ticarət əlaqələrinin tərəfdarı kimi çıxış edir. Tramp bu açıqlamalarında səmimidirsə, Zəngəzur dəhlizinin də işə düşməsində maraqlı olmalıdır. Rusiya və İranın bu məsələdə ləngidici mövqeyi aradan qaldırılmalıdır”.
Azərbaycan Xalq Partiyasının sədri (AXP) Pənah Hüseyn də Donald Trampın qlobal və regional siyasi xətti barədə fikirlərini bölüşüb.
“Cənubi Qafqazın təhlükəsizlik mandatı Azərbaycana verilməlidir. Türk Dövlətləri Təşkilatının (TDT) strateji hədəfində Cənubi Qafqazın önəmi nəzərə alınaraq, təhlükəsizlik məkanı formalaşdırılmalıdır. Bunun üçün kifayət qədər ciddi əsaslar var. Bu, ilk növbədə, Azərbaycan-Ermənistan arasındakı məsələdən və Zəngəzur dəhlizinin açılmasından asılıdır”, - deyə o qeyd edib.
Pənah Hüseyn hesab edir ki, hazırda baş verən hadisələr konyuktura xarakterlidir: “ABŞ-nin yeni administrasiyasının konturları məlum deyil. Ehtimal edilir ki, Tramp dönəmində Cənubi Qafqaz Amerikanın diqqət mərkəzində olmayacaq. Burada İrana olan münasibət daha çox maraq doğurur. Çünki türk birliyinə qarşı çıxan İran və Rusiyanın davranışları fonunda bölgədə müəyyən problemlər var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət