Navalnının tərəfdarları məhəllə etirazlarına köklənib
20:20 11.02.2021
Siyasət
689
"Rusiyada hazırda cərəyan edən proseslərdə xarici dairələrin rolu istisna olunmur"
"Əsas strateji hədəf isə bu dövləti müəyyən geosiyasi güzəştlərə məcbur etməkdir"
Həbsdə olan müxalifət lideri Aleksey Navalnının komandası növbəti etiraz aksiyasına hazırlaşır. Bu barədə “The Moscow Times” nəşri məlumat yayıb. Navalnının köməkçilərindən biri Leonid Volkov bildirib ki, yeni etiraz aksiyalarında tərəfdarlar müxtəlif binaların həyətlərinə toplaşaraq müəyyən bir müddət ərzində mobil telefonun fənərlərini yandıracaq: “Bu taktika Belarusda keçən il keçirilən seçki etirazlarına qarşı hücumun ardından görülən məhəllə etirazları kimi baş tutacaq.
Bu dəfə polislərin qarşısını ala bilməyəcəyi və hər kəsin iştirak edə biləcəyi bir tədbir keçirməliyik”.
Mövzu ilə bağlı politoloq Nurlan Qələndərli "Şərq"ə açıqlamasında vurğulayıb ki, Rusiyada etiraz aksiyaları ilə müşayiət olunan proseslərin strateji episentri bu ölkənin sərhədlərindən kənardadır. Onun sözlərinə görə, proseslər geostrateji məsələlərlə birbaşa əlaqəlidir və qlobal siyasətin tərkib hissəsidir:
"Məlumdur ki, Rusiya dünya siyasəti və beynəlxalq münasibətlər sistemində mühüm təsir imkanlarına malik olan güc mərkəzlərindən biridir. Ona görə də hegemon qüvvələr bu dövlətlə geostrateji rəqabət, nüfuz dairələri - təsir zonaları uğrunda mübarizədə vaxtaşırı müəyyən həmlələr edirlər. Bu səbəbdən Rusiyada hazırda cərəyan edən proseslərdə xarici dairələrin rolu istisna olunmur. Burada məqsəd qısamüddətli ekstremal şərait formalaşdırmaq, sabitlik və təhlükəsizliyə real təhdid vasitəsilə müəyyən mesajlar verməkdir".
N.Qələndərli qeyd edib ki, əsas strateji hədəf isə bu dövləti müəyyən geosiyasi güzəştlərə məcbur etməkdir:
"Sözügedən etiraz aksiyalarının, ictimai-siyasi konfrontasiyanın uzunmüddətli olmayacağını düşünürəm. Bu, qısamüddətli prosesdir və hər hansı bir ciddi siyasi dəyişikliyə səbəb olmayacaq. Hadisələrin eskalasiya edəcəyinə, bölgəyə sıçrayacağına dair proqnoz verən analitiklərin əksinə olaraq düşünürəm ki, indi bu ölkə daxilində müşahidə olunan proseslər müəyyən müddətdən sonra zəifləyəcək. Yəni olayların “domino effekti” ilə regionda yayılması, daha geniş coğrafiyanı əhatə etməsi gözlənilmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm