
Naxçıvana təhlükə? - "İranın Azərbaycana qarşı ərazi iddiaları gülüncdür" - ŞƏRH
16:45 05.11.2025
Siyasət
117
"İran hakimiyyəti hər zaman Azərbaycana qarşı müxtəlif ərazi iddiaları ilə çıxış edib".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Sədrəddin Soltan İranın Naxçıvanla bağlı ərazi iddialarına münasibət bildirərkən deyib.
O vurğulayıb ki, Naxçıvanla bağlı ərazi iddiası yeni deyil:

"Hələ müstəqilliyimizin yenicə bərpa edildiyi illərdə, İranın "təbliğat maşını" Qafqazın 17 şəhərinin İran ərazisi olduğunu bəyan edirdi. Onlar bildirirdilər ki, vaxtilə "Qacarların", "Səfəvilərin" dövründə bu ərazilər bir dövlətin tərkibində olub. Rusiya, Azərbaycan müharibəsində, "Gülüstan" və "Türkmənçay" müqavilələrinə əsasən, Arazın şimal hissəsi rusların tərkibinə daxil olub. Həmin dövrdə isə heç İran adlı bir ölkə mövcud deyildi. "Qacarlar" və "Səfəvilər" dövlətinin tarixi ərazilərində isə bir sıra müstəqil dövlətlər yaranıb. Ancaq farslar hakimiyyətə gələndə, bu ərazilərin heç biri İrana aid olmayıb".
Analitikin sözlərinə görə, Naxçıvan bir neçə ölkə ilə sərhəddə yerləşdiyindən, İran tərəfi ona təzyiq etməklə, Azərbaycana öz istəklərini qəbul etdirməyi hədəfləyir:
"Hətta onlar "beşinci kolon"u yaratmaqla Naxçıvanı siyasi, ideoloji cəhətdən Azərbaycandan təcrid etməyi də planlaşdırır. Yəni İran Azərbaycana təzyiq etmək üçün Naxçıvandan istifadə etməyə çalışır. Xatırlayırsınızsa Naxçıvana gedən yüklərin İran tərəfindən qarşısı alınıb, həmçinin Naxçıvanda İran İnqilab doktirinasının idealarının yayılmasına cəhdlər də olub. Bunların hamısı Tehran rejiminin Azərbaycanın ərazi bütövlüyünü qarşı çıxışılarıdır. Heç kəsə sirr deyil ki, vaxtilə müxtəlif ərazilər, hansısa dövlətin tərkibində olub. Amma bu günkü şərtlər və beynəlxalq hüquq həmin ölkələrin ərazi iddialarını məqsədə uyğun hesab etmir. Çünki bu yeni konfliktlərə və regional münasibətlərin gərginləşməsinə səbəb ola bilər. Məsələn vaxtilə Böyük Britaniya "Roma" imperiyasının tərkibində olub. İndi italyanlar İngiltərəyə ərazi iddiası etsinlər? Odur ki, İranın Azərbaycanın əraziləri ilə bağlı iddialar irəli sürməsi gülünc və məntiqsizdir. Cənub qonşumuz bu tip iddialarla özünə qarşı Azərbaycanda inamsızlıq yaradır".
Qeyd edək ki, rejimin Naxçıvanla bağlı ərazi iddiaları getdikcə kəskin hal alıb. Hətta Naxçıvanda İran kəşfiyyatının fəallaşması ilə bağlı iddialar dolaşır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol