Nazir ABŞ səfiri ilə Ermənistanın sonuncu hərbi təxribatından danışdı
15:23 30.07.2020
Siyasət
583
Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-ın Azərbaycan Respublikasındakı səfiri Örl Litzenberqeri qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı tərəflər ölkələr arasında bir çox sahələrdə mövcud olan geniş əməkdaşlıq münasibətlərindən, o cümlədən enerji sahəsində əməkdaşlıq, Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının fəaliyyəti, qlobal təhlükəsizlik məsələlərində əməkdaşlıq, COVİD-19 epidemiyası ilə mübarizədə həmrəylik və digər məsələləri müzakirə edib.
Ceyhun Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Azərbaycan-Ermənistan beynəlxalq sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən sonuncu hərbi təxribat, Ermənistanın əvvəlcədən planlaşdırılmış bu təcavüz aktı ilə güddüyü məqsədləri, habelə təxribat zamanı Azərbaycanlı mülki şəxslərin və infrastrukturların məqsədli şəkildə hədəfə çevrilməsi və bir nəfər mülki şəxsin öldürülməsi faktını qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanın münaqişənin həlli üzrə danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu, lakin bu danışıqların imitasiya yox, mahiyyət üzrə aparılan real danışıqlar olmasının zəruriliyi vurğulanıb.
Örl Litzenberqer Xarici İşlər naziri təyinatı ilə əlaqədar Ceyhun Bayramova təbriklərini çatdırıb və yeni vəzifəsində ona uğurlar arzulayıb. Səfir fürsətdən istifadə edərək Qurban bayramı münasibətilə də təbriklərini bildirib.
Azərbaycanın ABŞ üçün mühüm tərəfdaş ölkəsi olduğu və tərəflərin bir sıra qarşılıqlı maraqları bölüşdüyü qeyd olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi