“Nə Minsk qrupu, nə də Fransanın roluna ehtiyac var” – Ləğv edilir?
Fidan Həmişəyeva
13:35 12.11.2020
Siyasət
808
“Etka xatirinə Minsk Qrupunu ləğv etmirik. Lakin bu qurum avtomatik surətdə özü öz xoşluğu ilə fəaliyyətinə xitam verəcək”
“Azərbaycan təkbaşına Minsk qrupunun işini yerinə yetirdi”
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Minsk Qrupunun “fəaliyyəti” ilə bağlı mühüm açıqlama verib. O, bildirib ki, torpaqların təhvil verilməsi məsələsindən Minsk Qrupunun həmsədrləri də dərs çıxarmalıdırlar.
M.Çavuşoğlunun sözlərinə görə, Fransa bu müddətdə mənfi münasibət sərgilədi:
“Tərəfli açıqlamalar verir. Bunlar da 30 ildir məsələnin niyə həll olunmadığını göstərir. Fransanın atəşkəslə bağlı fikrinə Azərbaycan Prezidenti İlham Əliyev müsbət cavab verdi. Amma Azərbaycanın bu cür cavabına rəğmən, Fransa hər zaman Ermənistanı dəstəklədi. Atəşkəsdən sonra yenə də mənfi açıqlamasını göstərir, hətta Türkiyəni günahlandırır.
Bu cür hallar davam edərsə, bu ölkələr həmsədrlikdən çıxarılmalıdır. Fransa məsələyə qarşı aqressivləşir və sülhü baltalamağa çalışır. Bundan sonra da heç bir ölkə haqsız ölkəni dəstəkləyərək, bu müddəti baltalamasın”.
Minsk Qrupunun 30 il ərzində səriştəsiz fəaliyyəti çoxdan bəllidir. Hərbi əməliyyatların davam etdiyi müddətdə həmsədr ölkə olan Fransanın açıq-aydın tərəfli mövqe sərgiləməsi bu qurumun yarıtmaz fəaliyyətindən xəbər verir. Məhz buna görə də Minsk Qrupunun bir qurum kimi ləğvi gündəmə gəlib.
Bəs, bu mümkün ola bilərmi?
Ermənistan hərbi-siyasi rəhbərliyinin son çabalarını göstərdiyini deyən millət vəkili Razi Nurullayev “Sherg.az”a bildirib ki, düşmən sudan çıxmış balıq kimi çabalayaraq can verir. Ona görə də bütün resurslarını işə salır:
“Lakin artıq Azərbaycan qələbə çalıb. Sülhməramlılar bölgəyə yerləşib və digər ərazilərimiz də geri qaytarılacaq. Kimsə torpaqlarımızda qalmaq istəyirsə, yalnız Azərbaycan qanunlarına tabe olmalı və ölkəmizin vətəndaşlığını qəbul etməlidir.
Bundan sonra Minsk Qrupunun fəaliyyətinə ehtiyac yoxdur. Sadəcə ölkə Prezidenti hələ etika xatirinə bunu dilinə gətirmir. Azərbaycan təkbaşına Minsk qrupunun işini yerinə yetirdi. Bundan sonra fəaliyyətləri nə olacaq, hansı məsələni müzakirə edəcəklər?”.
Parlamentarinin sözlərinə görə artıq yeni format gündəmə gəlib. Status-kvo və təmas xətti aradan götürüldü, ərazi bütövlüyümüz bərpa edildi və məsələ bitdi:
“Bundan sonrakı mərhələdə xırda çatışmazlıqları Türkiyə və Rusiya müzakirə edəcək. Nə ATƏT-in Minsk Qrupunun, nə də Fransanın roluna ehtiyac var. Ona görə də etika xatirinə Minsk qrupunu ləğv etmirik. Lakin bu qurum avtomatik surətdə özü öz xoşluğu ilə fəaliyyətinə xitam verəcək. M.Çavuşoğlunun söylədikləri o demək idi ki, yəni düzgün mövqe sərgiləmək lazımdır. Onun söylədiklərini tamamilə doğru hesab edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou