Nə yaxşı ki varsan, Türkiyə !
Fidan Həmişəyeva
15:57 17.07.2020
Siyasət
851
“Türkiyə Cümhuriyyətindən gələn dəstəyi yüksək dəyərləndirməliyik”
“Bu dəstəyə görə də mütləq qələbəmizi əldə etməliyik”
İşğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq iqtidarında deyil. Ermənilərin növbəti hərbi təxribatının qarşısı qətiyyətlə alındı. Çox təəssüf ki, Azərbaycan Ordusu bu döyüşlərdə şəhid verdi. Lakin ordu ilə vətəndaşların birlik nümayiş etdirməsi düşmənə və havadarlarına bir mesajdır. Beynəlxalq ictimaiyyət də Azərbaycan-Ermənistan sərhəddindəki gərgin vəziyyəti diqqətlə izləyir. Müxtəlif dövlətlərin nümayəndələri açıq şəkildə rəsmi Bakını dəstəklədiklərini bəyan ediblər.
Türkiyənin Prezidenti, xarici işlər naziri, vitse-prezident və müxtəlif rəsmilər birmənalı olaraq Azərbaycana dəstək ifadə ediblər.
Qardaş ölkənin dəstəyi yüksək qiymətləndirən Klassik Xalq Cəbhəsi Partiyasının(KXCP) sədri Mirmahmud Mirəlioğlu “Sherg.az”a bildirib ki, Tovuz bölgəsində olan əməliyyatlar təxribat yox, müharibədir. Bu müharibəyə layiqincə cavab vermək lazımdır:
“Bütün vətəndaşlar- çobanından tutmuş akademikinə qədər hamı əsgər olmalıdır. Bizə dəstək verən dövlətlərə təşəkkürlərimizi bildirməliyik. Nə yaxşı ki,Türkiyəmiz var.
Qardaş ölkə bizə dəstək verir və bu dəstəyi dövlət səviyyəsində qiymətləndirməliyik. Türkiyə Cümhuriyyəti Suriyaya da dəstək verir. Çünki Türkiyənin orada istinad nöqtəsi var.
İndiyə qədər Türkiyə Azərbaycanda özünün istinad nöqtəsini tapa bilməyib. Çünki Türkiyəyə müraciət etməmişik ki, ölkəmizə dəstək versin. Amma müraciət etməliyik. Burada qəbahətli nəsə yoxdur.
Necə olur ki, Rusiya istədiyi işi görə bilir, ermənini qızışdırır, amma biz doğma qardaşımızla bəyənatdan o tərəfə keçən bir iş görə bilmirik.
Türkiyə Cümhuriyyətindən gələn dəstəyi yüksək dəyərləndirməliyik. Bu dəstəyə görə də mütləq qələbəmizi əldə etməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət