“New York Times” ABŞ-dakı polis zorakılığından yazdı: Öz gözündə tiri görmür...
08:53 30.07.2020
Siyasət
660
İyulun 28-də ABŞ-ın nüfuzlu “New York Times” qəzetində Nyu-York şəhərində nümayişdə iştirak edən insanlara qarşı polis qüvvələrinin hərəkətləri barədə tənqidi məqalə dərc olunub. Məqalədə göstərilir ki, mitinqə əksəriyyəti mülki geyimdə olan polis gücləri aqressiv şəkildə müdaxilə edib, mitinq iştirakçılarını nömrəsiz mikroavtobuslara mindirərək naməlum istiqamətə aparıblar.
Bu hadisə ABŞ-da böyük səs-küyə səbəb olub.
Məsələnin maraqlı tərəfi odur ki, zaman-zaman Bakıda icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı hüquq-mühafizə orqanlarının öz vəzifə borclarını yerinə yetirməsi ABŞ-da anti-Azərbaycan dairələri tərəfindən tərs yöndə təqdim edilib. Onların nəzarətində olan KİV və QHT-lər hər fürsətdə Azərbaycan hakimiyyətini tənqid edir, qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar verirlər.
Halbuki, ABŞ-ın öz daxilində vəziyyət heç də ürəkaçan deyil. Polis zorakılığının isə həddi-hüdudu olmur, bu pozuntular hətta sıravi dinc vətəndaşların ölümünə qədər gedə bilir.
Məsələn, ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra ABŞ cəmiyyətində artmaqda olan narazılıq fonunda baş verən bu hadisə Amerikada yenidən polis zorakılığı və ədliyyə sistemində rasizm hallarına qarşı kütləvi nümayişlərə rəvac verdi.
Əslində bu cür hallar ABŞ-da demək olar hər gün baş verir. Öz ölkələrində demokratiyanı bərqərar edə bilmədikləri, insan hüquqlarını təmin edə bilmədikləri halda, vətəndaşlarının həyat təhlükəsizliyinə təminat verə bilmədikləri halda, başqalarına demokratiya, insan hüquqları, hüquq dövləti haqqında mühazirələr söyləyir, yol göstərirlər.
Bu, ABŞ-da baş vermiş ilk belə hadisə deyil. Polis zorakılığı ilə bağlı daha əvvəllər də anoloji faktlar olub. Eyni zamanda, bu kimi hallar təkcə Birləşmiş Ştatlarda baş vermir. İnsan haqları, demokratiya, qanunun aliliyində nümunə kimi təqdim edilən Avropanın mərkəzində də bu cür çoxsaylı xoşagəlməz nümunələr var.
Millət vəkili Anar Məmmədovun fikrincə, baş verən son hadisələrdə polisin öz səlahiyyət həddini aşması açıq-aşkar görünür. “Bəlkə də elə burada qaydaların əməl edilməsinə düzgün nəzarət yoxdur. Ümumiyyətlə, ABŞ hər zaman başqalarına münasibətdə o fikirləri səsləndirir ki, guya müxtəlif ölkələrdə insanların hüquq və azadlıqları pozulur. Təbii ki, bu, başa düşüləndir. Çünki Amerika böyük dövlət olmaqla yanaşı bir çoxlarının zəif nöqtələrinə diqqəti yönəltməyə də çalışır.
Reallıq odur ki, onların təsir və təzyiq riçarqları da böyükdür. Eyni zamanda bu o zaman uğurla nəticələnə bilərdi ki, özündə baş verən zorakılıq hallarının da qarşısı dərhal alınsın. Çünki biz orada şahidi oluruq ki, insanlara qarşı zorakılıq sərgiləyən polislər məhkəmə tərəfindən bəraət də alırlar. Təbii ki, bu da bir qədər düşündürücü məsələlərdir”.
Millət vəkilinin fikrincə, Bakıda icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı hüquq-mühafizə orqanlarının öz vəzifə borclarını yerinə yetirməsi ABŞ-da anti -Azərbaycan dairələri tərəfindən tərs yöndə təqdim edilir, onların nəzarətində olan KİV və QHT-lər hər fürsətdə Azərbaycan hakimiyyətini tənqid edir, qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar verirlər. “Baş verən hadisəyə qarşı səssiz qalmaq isə bir daha bu adamların hansı "demo" kratiyaya sahib olmasından xəbər verir”.
Səbuhi Məmmədli
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi