
Niderlandlı nazirin sərhədimizi müşahidəsi diplomatik qaydalara uyğun deyil -ANALİTİK
Yusif Nəzərli
05:36 14.03.2025
Siyasət
466
Bakının etirazlarına ciddi əsaslar yaranıb
Niderlandın xarici işlər naziri Kaspar Veldkamp və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Ermənistan-Azərbaycan sərhədinə gəliblər.
Bu barədə XİN başçısı X hesabındakı paylaşımında bildirib. Veldkamp Avropa İttifaqının Monitorinq Missiyasının üzvləri ilə görüşüb. Missiyanın müşayiəti ilə sərhədə gəlib və burada monitorinq prosesində iştirak edib.
Qeyd edək ki, Niderlandın XİN başçısının rəhbərlik etdiyi nümayəndə heyəti ötən gün Ermənistana səfər edib. Veldkamp Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Siyasi ekspert Yalçın Hacızadənin “Sherg.az"a açıqlamasına görə, Niderlandın xarici işlər nazirinin Avropa İttifaqının Ermənistanda yerləşən müşahidə missiyası üzvləri ilə dövlət sərhədimizi müşahidə etməsi diplomatik qaydalara uyğun deyil və rəsmi şəkildə etiraz etməyimiz üçün əsasdır:

“Bilirsiniz ki, 2022-ci ilin oktyabr ayında Avropa İttifaqının təşəbbüsü ilə Praqada Azərbaycan, Ermənistan və Fransanın iştirakı ilə keçirilən dördlü görüşdə Azərbaycan-Ermənistan sərhədboyu vəziyyətin monitorinqi, təhlili və yerlərdə vəziyyətlə bağlı hesabatların təqdim edilməsi məqsədilə Avropa İttifaqının Missiyasının yerləşdirilməsi razılaşdırılmışdı. Missiya iki aylıq nəzərdə tutulmuşdu və bu müddət həmin ilin dekabrın 19-da bitdi. Lakin Avropa İttifaqı Ermənistandakı missiyasının müddətini 2027-ci ilin fevralına qədər, həmçinin, üzv və ölkə sayını da sonradan artırdı.
Avropa İttifaqı iqtisadi bir qurumdur. Onun hansısa bir ölkədə hərbiləşdirilmiş fəaliyyət göstərməsi, bizim razılığımız olmadan sərhədlərimizi “güdməsi” onun öz Nizamnaməsinə də ziddir. Aİ missiyası iki əsas “vəzifəni yerinə yetirir”. Müşahidə aparır və hesabat hazırlayır. Sual oluna bilər, üç ilə yaxındır göstərdikləri fəaliyyət Azərbaycan – Ermənistan arasında sülhə, etimadın yaranmasına xidmət edib? Konkret olaraq demək olar ki, xeyr. Əksinə, tərəflərin biri-birinə qarşı aqressiyasını artırıb və güvənsizliyi dərinləşdirib. Məgər, Ermənistanın bizim sərhədləri müşahidə etmək imkanları yoxdur? Və ya texnikanın-texnologiyanın, kosmik avadanlıqların inkişaf etdiyi günümüzdə kimlərinsə əlinə durbin alaraq müşahidə aparması nə qədər lazımlı və faydalı ola bilər?”.
Y.Hacızadənin sözlərinə görə, “binokl” diplomatiyası ilə bağlı qərarın qəbulunda və davam etməsində Fransanın böyük “rolu” var:
“Ümumiyyətlə isə maraqlıdır, 30 il ərzində Ermənistanın işğalını görməyən, bir milyon qaçqının hüquqlarının pozulmasına səssiz qalan, soyqırımlar, terrorlar törədən, minlərlə insanın öldürülməsinə, şəhərlərin xarabalığa çevrilməsinə göz yuman Avropa İttifaqı nəyin monitorinqini aparmaq, nəyi öyrənmək istəyir? Fransa Azərbaycan – Ermənistan arasında sülhün əldə olunmasında maraqlı deyil və bu münaqişəni Cənubi Qafqazda qalmaq üçün özünün yeganə çıxış yolu olaraq görür. Ona görə də müxtəlif təxribatlarla sülh danışıqlarını sabotaj edir. Eyni zamanda, Aİ missiyasının Ermənistana yerləşdirilməsi ölmüş Minsk qrupunun başqa bir formada dirildilməsinə cəhd etməkdir. Belə hallar da Cənubi Qafqazda sülhün təmin olunmasına yox, münaqişənin davam etməsi ilə ayrı-ayrı qüvvələrin maraqlarına xidmət edir. Əlbəttə ki, Ermənistanın belə qüvvələrlə əməkdaşlığı, onu inkişafa aparmayacaq, sonrakı taleyini sual altına alacaq. Sülh razılaşmasının əldə olunması ilə bağlı bizim Ermənistana olan təkliflərimizdən biri də həmin missiyanın fəaliyyətinin dayandırılmasıdır. Hesab edirəm ki, rəsmi İrəvan təkliflərimizi qəbul etməkdən başqa çıxış yolu olmadığını gec olmadan anlayacaq”.
Oxşar xəbərlər
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksək səviyyəli toplantıda iştirak edib
20:57 11.11.2026
Siyavuş Novruzov: Poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür
13:16 11.11.2026
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya