Okeanın o tayından gələn xoş xəbər... - Siyasi cəbhədə qələbə !
Fidan Həmişəyeva
13:01 22.07.2020
Siyasət
1130
ABŞ Konqresi Azərbaycan ərazilərinin işğal faktını tanıyıb. Konqresin Qaydalar Komitəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktını tanıyan 296 saylı düzəliş qəbul edilib.
Düzəlişdə qeyd olunub ki, ABŞ Dövlət Katibi Müdafiə naziri ilə birlikdə Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan Respublikalarında məcburi köçkünlərin statusu barədə Konqresin müvafiq komitələrinə 180 gündən gec olmamaq şərtilə hesabat verməlidir.
Hesabata 1991-ci ildən bu yana xarici qüvvələr tərəfindən Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın işğal olunmuş bölgələrindən məcburi köçürülən və qətlə yetirilən vətəndaşların sayı daxil edilməlidir.
Yeni sənədlə bağlı “Sherg.az”a danışan politoloq Əlimusa İbrahimov bildirib ki, okeanın o biri tayından gələn xəbər olduqca sevindiricidir.
Onun sözlərinə görə, ABŞ Konqresinin etdiyi dəyişiklik dövlətimiz və Prezident İlham Əliyevin ətrafında birləşən Azərbaycan xalqının qələbəsidir:
“Bu, xarici siyasət idarəsinin yeni rəhbəri Ceyhun Bayramovun fəaliyyətinin uğurlu olacağının bir nişanəsidir. Biz uzun müddət Dağlıq Qarabağla bağlı Amerikada sevindirici xəbər eşitmirdik. Həmişə Erməni lobbisinin Azərbaycana qarşı senator və konqresmenlərdən istifadə edərək haqsız mövqe və qərarlarının şahidi olmuşuq”.
Ə.İbrahimov qeyd edib ki, ABŞ Konqresinin nümayəndələr palatasının Azərbaycan, Dağlıq Qarabağla bağlı çıxardığı qərar diqqətəlayiqdir:
“Yeni sənəd ABŞ –Azərbaycan münasibətlərində dönüş nöqtəsinin başlanğıcından xəbər verir. Ötən il olduğu kimi, ABŞ-ın erməni qrupları 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” (National Defense Authorization Act - NDAA) layihəsinə Konqresin bəzi ermənipərəst üzvlərinin dəstəyi ilə düzəlişlərin daxil edilməsi istiqamətində səy göstəriblər. Sözügedən proses çərçivəsində Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri də öz növbəsində Ermənistan əleyhinə iki düzəliş irəli sürüb.
Qeyd edilən düzəlişlərin nəzərdən keçirilməsi məqsədilə 17 iyul tarixində ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar haqqında Komitəsinin (Committee on Rules) iclası keçirilib. Konqres üzvü Stiv Cohen tərəfindən “Rusiyanın hərbi qüvvələrinin yerləşdiyi ölkələrdə sözügedən qüvvələr barədə geniş məlumatın ehtiva olunduğu hesabatın Konqresə təqdim olunması” barədə 99 saylı düzəliş olub. Habelə Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birgə şəkildə “Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması” barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub”.
Analitik vurğulayıb ki, Konqresin qərarı Azərbaycan –Ermənistan sərhədində baş verən məlum hadisələr fonunda sanki, Azərbaycanın hərbi sahədə qazandığı uğurları siyasi sahədə də möhkəmləndirdi:
“Bu qərarda bizim üçün həyati önəm daşıyan Dağlıq Qarabağın işğal olunmuş bölgə, Ermənistanın isə işğalçı dövlət kimi tanınmasıdır. Ermənistan lobbisi, Daşnaksütun Partiyası və digər ermənipərəst qüvvələrin ciddi-cəhdlə bu iki faktı dünya ictimaiyyəti tərəfindən gizətməsinə baxmayaraq artıq Amerika və dünya dövlətləri bu faktı etiraf etdi.
Azərbaycan ilk dəfə Gürcüstan, Ukrayna, Moldava ilə birlikdə işğala məruz qalmış ölkələr sırasına daxil edildi. Biz uzun müddət Avropa və Amerika institutlarının sənədlərində Azərbaycanın bu ölkələrlə birlikdə işğala məruz qalmasının etiraf olunmamasına etirazımızı bildirmişik. Amma bu təşkilatlar bu vaxta qədər ikili standart prinsipini əldə rəhbər tutaraq bizim haqq səsimizi eşitməyiblər. İndi isə vəziyyət dəyişir”.
Politoloqun fikrincə, 2016-cı ilin aprel döyüşləri, bu ilin iyul döyüşləri və Konqresdə qəbul olunmuş qanun Dağlıq Qarabağın işğaldan azad olunmasında çox böyük rol oynayacaq:
“Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün heç bir beynəlxalq gücdən qorxmayaraq hərbi fəaliyyətlərə başlaya bilər. Türkiyə bundan sonra daha ürəkli xalqımızın haqq işşini müdafiə etmək üçün yanımızda olacaq. Avropa Birliyinin də ikili standartlardan əl çəkəcəyi gün uzaq deyil. Respublika Prezidentinin apardığı uğurlu xarici saiyasət nəticəsində çox qısa zamanda ciddi dönüşün şahidi olacağıq.
Azərbaycan diplomatityasının əldə etdiyi bu qələbə haqqında uzun-uzadı danışmaq olar və lazımdır. Bu hadisənin rezonansı uzun müddət beynəlxalq aktorlar gündəminə təsir göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət