Ombudsmandan seçkilərlə bağlı açıqlama
Yusif Nəzərli
19:27 29.01.2025
Siyasət
379
Səsvermə zamanı hüquq pozuntusu və hər hansı dövlət qurumunun müdaxiləsi müşahidə olunmayıb.
Axar.az xəbər verir ki, bu fikiləri İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində aparılmış müşahidələr barədə açıqlamasında deyib.
Ombudsman seçkilər zamanı müşahidələrin bütün ölkə üzrə yaradılmış seçki məntəqələrində aparıldığını, təşkil olunmuş məntəqələrdə vətəndaşların seçki hüquqlarının həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş lazımi şəraitin yaradıldığının müşahidə olunduğunu bildirib.
Müvəkkil açıqlamada əvvəlki illərdəki müsbət təcrübə nəzərə alınaraq, Ombudsman təsisatının və Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının ümumilikdə 72 nəfər əməkdaşı tərəfindən bələdiyyə seçkilərində müşahidəçi qismində respublika üzrə 101 seçki dairəsinin 708 seçki məntəqəsində - Bakıda və ölkəmizin digər 37 şəhər-rayonlarında və muxtar respublikada müstəqil olaraq, özlərinin təşəbbüsləri ilə müşahidələr aparıldığını deyib.
Müşahidələr, həmçinin Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində və 16 penitensiar müəssisədə təşkil olunmuş seçki məntəqələrində də aparılıb.
Eyni zamanda, müşahidələr zamanı Ombudsmanın məntəqə seçki komissiyalarının üzvləri, müşahidəçilər və seçicilərlə bilavasitə görüşdüyü, səsvermə prosesi ilə bağlı onların rəylərini öyrəndiyi qeyd edilib. Hüquq pozuntusu halları və hər hansı bir dövlət qurumunun, o cümlədən icra hakimiyyəti orqanının nümayəndələri və polis əməkdaşları tərəfindən müdaxilənin müşahidə olunmadığı da diqqətə çatdırılıb.
Açıqlamada seçki günü seçki hüquqlarının pozulması ilə bağlı Ombudsmanın ünvanına hər hansı bir şikayət və müraciətin daxil olmadığı, müşahidələrin nəticəsi olaraq, bələdiyyə seçkilərinin əhalinin yüksək fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, seçki qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş qaydada, nizam-intizamla keçirildiyi bildirilib.
Seçkilər ərəfəsində həyata keçirilmiş fəaliyyət barədə də məlumat verən Müvəkkil seçkilərin təyin olunması haqqında qərarın rəsmi elan edildiyi gündən başlayaraq, yerlərdə seçki təbliğatının aparılması üçün müəyyən olunan açıq və qapalı yerlərdə müşahidələrin aparıldığını, vətəndaşların seçki hüququnun təmini, seçki qanunvericiliyinin tələblərinin icrası vəziyyətinin dəyərləndirildiyini qeyd edib.
Açıqlamanın yekununda bələdiyyə seçkilərində vətəndaşların təməl hüququ olan seçki hüququnun qanunvericiliyə müvafiq olaraq təmin edildiyini vurğulayıb.
Oxşar xəbərlər
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Xəbər lenti
Hamısına bax
“Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb
01:48 24.08.2026
Futbol
Prezidentlər mətbuata bəyanatla çıxış etdilər
01:25 24.08.2026
Rəsmi
Tofiq Bakıxanov vəfat etdi
00:12 24.08.2026
Cəmiyyət
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub
23:50 23.08.2026
Rəsmi
Suriya XİN rəhbəri və “Mossad”ın direktoru arasında görüş olub
23:03 23.08.2026
Dünya
İranda böyük qaz yatağı kəşf edildi
22:41 23.08.2026
Region
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi