Özbəkistan Ali Məclisi Senatının sədri Azərbaycana təşəkkür edib
Yusif Nəzərli
15:10 19.02.2025
Siyasət
450
Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Bu barədə Sherg.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan və Özbəkistan dost və qardaş ölkələrdir:
"Bizi ümumi tarixi, mədəni dəyərlər birləşdirir. İki ölkə arasında münasibətlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan dövlətinin başçısı Şavkat Mirziyoyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir. Ölkələrimiz arasındakı bu yaxınlıq siyasi, iqtisadi, mədəni və digər sahələrdə də özünü göstərir".
Söhbət zamanı Milli Məclisin sədri dəvəti qəbul edərək ölkəmizdə keçirilən APA-nın 15-ci plenar sessiyasında iştirakına görə qonağa təşəkkür edib. Bildirib ki, dünyada baş verən mürəkkəb siyasi proseslər fonunda münasibətlərimizin inkişafı xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Vurğulanıb ki, ölkə başçılarımızın dostluğu qarşılıqlı əlaqələrimizin daha da yaxınlaşmasına mühüm töhfələr verir.
S.Qafarova Özbəkistanın Azərbaycanın işğaldan azad olunmuş Füzuli rayonunda məktəb tikintisi həyata keçirməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini və bunun qardaşlıq münasibətinin təzahürü olduğunu diqqətə çatdırıb.
Milli Məclisin sədri qanunverici orqanlar arasında da əməkdaşlığın uğurla inkişaf etməsindən məmnunluqla danışıb, bu sahədə Azərbaycan və Özbəkistan parlamentlərində fəaliyyət göstərən parlamentlərarası dostluq qruplarının xüsusi rolunu qeyd edib.
Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva APA-nın sessiyasına dəvətə görə təşəkkürünü bildirib.
Qonaq qeyd edib ki, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlar heyrətamizdir. Azərbaycanın təşəbbüsü ilə keçirilən tədbirlər qlobal xarakter daşıyır. T.Narbayeva COP29 kimi mühüm qlobal tədbirin Azərbaycan tərəfindən yüksək səviyyədə təşkilini və keçirilməsini yüksək dəyərləndirib. O, Özbəkistanda Parlamentlərarası İttifaqın 150-ci Baş Assambleyasının keçiriləcəyini diqqətə çatdırıb və iclasda Azərbaycan nümayəndə heyətinin də iştirak edəcəyinə inamını ifadə edib.
Qonaq bildirib ki, iki ölkə başçısının yaxın şəxsi münasibətləri parlamentlərimizə də sirayət edir. Dil və mədəniyyət yaxınlığımız isə əməkdaşlığımızın daha da dərinləşməsinə möhkəm zəmin yaradır. Tənzilə Narbayeva qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatındakı təcrübəsi Özbəkistan üçün də böyük əhəmiyyət kəsb edir.
Söhbət zamanı qonaq Azərbaycanın təşkilata rəhbərliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı üçün mühüm işlər gördüyünü və onların qlobal xarakter daşıdığını qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi