
Özbəkistan yoxsulluqdan qurtulmaq istəyir - ŞƏRH
09:30 19.09.2025
Siyasət
456
Mirziyoyevin daxili imkanları, potensialı birləşdirərək ölkəni daha irəli aparmaq şansı çoxdur
"Yoxsulluğun azaldılması üçün yeni Özbəkistan modeli yaradılıb". Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib. Prezident bildirib ki, ardıcıl islahatlar sayəsində ölkədə 7,5 milyon insan yoxsulluqdan xilas edilib, 2024-cü ildə yoxsulluğun səviyyəsi 8,9 faizə endirilib, ilin sonuna kimi bu həddi 6 faizə endirmək hədəflənib:
"Bu nəticənin əldə olunmasında mühüm amil Özbəkistan iqtisadiyyatının ötən dövrdə iki dəfə artaraq, ilin sonuna kimi adambaşına düşən gəlirin 3500 dollara çatmasıdır". Mirziyoyev vurğulayıb ki, yeni təşəbbüslərin və təcrübələrin sınaqdan keçirilməsi, dünyada müsbət nailiyyətlərin öyrənilməsi yolu ilə yoxsulluğun azaldılması üzrə yeni Özbəkistan modeli yaradılıb.

Siyasi şərhçi Azər Həsrət Sherg.az deyib ki, Orta Asiyadakı dörd türk dövləti və Tacikistan artıq dünyaya açılmalıdır. Ekspert təəssüflə bildirib ki, Orta Asiya ölkələrində bu və ya digər şəkildə qapalılıq qalmaqdadır:
"Türkmənistan ümumiyyətlə qapalıdır. Tacikistan da nisbətən qapalı ölkələrdən sayılır. Qardaş Özbəkistanda Ş.Mirziyoyevin dövründə irəliləyişlər nəzərə çarpacaq dərəcədə çoxdur. Bu da Özbəkistanın yeni mərhələyə qədəm basmasına səbəb olub. Yəni ölkədə açılımlar var. Qazaxıstan və Qırğızıstanla bağlı fikirlərimiz fərqli deyil. Düzdür, demokratiya, insan haqları, media azadlığı baxımından ciddi irəliləyişlər var. Amma daha açıq və həvəsli, qərarlı şəkildə hərəkət etməyin vaxtı çatıb. Özbəkistan və eləcə də digər türk ölkələri təbii resurslar baxımından özlərini təmin edəcək gücdədirlər. Sadəcə olaraq, bu resursların istifadəsini optimallaşdırmaq lazımdır. Xalqın rifah halını yüksəltmək lazımdır. Məsələn, Qazaxıstan ümumi daxili məhsulun miqdarına görə MDB məkanında birinci yerdədir. Rusiyanı belə ötüb. Bu, yaxşı göstəricidir. Amma Özbəkistanda vəziyyət o qədər də ürəkaçan deyil. Bu rəqəm Azərbaycandan hətta iki dəfə aşağıdır. Belə şəraitdə Özbəkistanın daha sürətlə inkişafından danışmaq çətindir. Lakin sevindirici haldır ki, hazırkı prezident bu cür məsələlərdə qərarlıdır".
A.Həsrətin qənaətincə, Mirziyoyevin Özbəkistanın öz daxili imkanlarını, potensialını birləşdirərək ölkəni daha irəli aparmaq şansı çoxdur:
"İmkanların səfərbər edilməsi qardaş ölkənin çiçəklənməsində yeni mərhələ olacaq. Ancaq Özbəkistanın görəcəyi işlər az deyil. Ş.Mirziyoyevin liderlik xüsusiyyətləri, xalqın rifahı üçün çalışması göz önündədir. Prezident əlindən gələni edir ki, Özbəkistan bütün çətinlikləri arxada qoysun. Özbəkistanda xalq böyük sıxıntılar yaşayıb, repressiyalar olub, terror qruplarının təhdidi ilə üzləşiblər. Bunlar ölkənin inkişafını ciddi şəkildə əngəlləyib. Mirziyoyev bunları arxa plana keçirməyi bacarıb, sabit bir Özbəkistan yaradıb. O baxımdan yeni Özbəkistan modeli qonşular üçün də yaxşı nümunə ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət