Özgür Özəl Emir Sarıgülə qarşı həm cinayət işi açdırır, həm də təzminat tələb edir

Türkiyənin YENİ Partiyasının sədri Özgür Özəl Emir Sarıgülü məhkəməyə verməyə hazırlaşır.

Sherg.az xəbər verir ki, Özəl bazar ertəsi Sarıgül barəsində böhtan ittihamı ilə Baş Prokurorluğa şikayət edəcək. Bundan əlavə, şəxsi hüquqlarının pozulmasına görə 1 milyon lirə (mənəvi zərər) təzminat tələb edəcək.

Partiya mənbələri iddiaların əsassız olduğunu bildirərək, bunun partiya sədrinə qarşı nüfuzdan salma kampaniyasının tərkib hissəsi olduğunu iddia ediblər.

Həmçinin bildirilib ki, məhkəmədən əldə ediləcək təzminat ictimai fayda güdən təşkilatlara bağışlanacaq.