Pandemiya Paşinyanı çətinə salıb: « “Güc"ünü itirir »
Turan
14:48 11.06.2020
Siyasət
863
“Prezident İlham Əliyevin Ermənistanla Azərbaycan arasında müqayisə aparması şahmat dili ilə desək, çox uğurlu gediş oldu”.
Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, bizi başqa ölkələrlə müqayisə etməyin tərəfdarı olmadığını bildirən dövlət başçısı, eyni zamanda dünyada hər şeyin ancaq müqayisə ilə ölçüldüyünü vurğulayıb:
“Prezident vurğuladı ki, Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Bəli, iki qonşu ölkədən birinin rəhbəri pandemiyanın fəsadları ilə uğurlu mübarizəyə görə öz vətəndaşlarından təşəkkür məktubları alır, digərinin rəhbərliyi isə lənət və ittihamlarla üzləşir.
Amma bu da son deyil. Koronavirus Ermənistanı gerçəkdən də humanitar-tibbi fəlakətə doğru sürükləyir. Bir gündə 566 nəfərə koronavirus diaqnozunun qoyulması yaxınlaşan fəlakətdən xəbər verir. Beləliklə, düşmən ölkədə pandemiya böhranı siyasi böhrana çevrilməkdədir”.
Partiya rəhbəri bildirib ki, Ermənistan hökumətinin koronavirusun fəsadları ilə səmərəli mübarizəni təşkil edə bilməməsi Nikol Paşinyanı çətin duruma salıb:
“Erməni politoloq Vigen Akopyanın qeyd etdiyi kimi, “əvvəllər yeganə güc mənbəyi cəmiyyət olan Ermənistan baş naziri indi həm obyektiv, həm də subyektiv səbəblərə görə bu gücü itirir. Obyektiv səbəblər hökumətin səmərəsizliyi, infantilizmi və ona olan inamın kəskin şəkildə azalması, pandemiya səbəbi ilə baş verən böhrandır”. Paşinyanın təcrübəsizliyini və qeyri-adekvat, populist addımlar atmasının ağır nəticələrini də bura əlavə etsək, pandemiyanın Ermənistana həqiqətən də başa gələ biləcəyi şəksizdir. Pandemiyaya sadəcə, tez-tez populist çıxışlar etməklə qalib gəlmək mümkün deyil. Virus lənəti Paşinyanı addım-addım izləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi