
Paris, gec də olsa, anlamaq məcburiyyətindədir - ANALİTİK
Yusif Nəzərli
08:25 15.03.2025
Siyasət
370
Ruben Vardanyanı, digər separatçıları heç bir müraciət, qətnamə xilas edə bilməz
Fransanın Erməni Təşkilatları Şurası (CCAF) nahar ziyafəti təşkil edib. Ziyafətə Fransa hökumətinin üzvləri, siyasi partiya rəhbərləri, parlamentarilər, diplomatlar, jurnalistlər, aktyorlar və incəsənət xadimləri qatılıblar. Fransız-erməni dostluğunun şərəfinə çoxsaylı badələrin qaldırıldığı bu ziyafətdə Fransa hökuməti adından ölkənin daxili işlər naziri Bruno Retayo çıxış edib. "Erməni məsələsi"nin Fransa üçün əhəmiyyətini vurğulayan fransız nazir qeyd edib ki, illik nahar ziyafəti sadəcə yemək-içmək məclisi deyil, böyük “dostluq və sədaqət görüşüdür”. O, özünün dünya erməniçiliyinə və erməni məsələsinə sədaqətini də xüsusi vurğulayaraq bildirib ki, bu sədaqət həm də cismani yaxınlığa əsaslanır, çünki "Ermənistan Fransanın bacısıdır". Daha sonra Bruno Retayo məşhur ermənipərəst fransız yazıçısı Anatol Fransdan misal gətirərək deyib ki, "beynəlxalq ictimaiyyət Ermənistanın müdafiəsində çox vaxt kifayət qədər cəsarət göstərmir. Ancaq Fransa özünəməxsus tərzdə həmişə Ermənistanın yanında olub”. Absurd fikirlərini davam etdirən fransız nazir çıxışının sonunda hazırda Bakıda mühakimə olunan erməni separatçı və terrorçularının azad edilməsi məsələsinə toxunaraq sentimental fikirlər səsləndirib, daim onların haqqında düşündüyünü deyib: “Bu gün mənim fikrim inandıqları "dəyərlər" uğrunda öz sağlamlıqlarını və həyatlarını riskə atan həmin 23 nəfərlədir. Mən onların haqqında düşünürəm və ümid edirəm ki, bugünkü sözlərim Azərbaycanın sərhədlərinə çatacaq və məhbuslar azad olunacaq”.
Siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, B.Retayo öz sələflərindən fərqli olaraq Azərbaycana müraciətində ultimativ tondan istifadə etməyib, sadəcə, ümid etdiyini dilə gətirib. Çünki təcrübəli siyasətçi olan Retayo Bakı ilə sərt ritorika ilə danışmağın səmərəsiz olduğunu anlayır:

"Odur ki, B.Retayo Fransanın neokolonialist siyasətini dünyada ifşa edən Azərbaycana müraciətində mümkün qədər ehtiyatlı ifadələrdən istifadə etməyə çalışıb. Bu, əlbəttə ki, Fransa siyasəti üçün əsl yenilikdir. Görünür, Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanla ermənilərə görə münasibətlərin korlanmasının Fransaya vurduğu zərər artıq rəsmi Parisi düşünməyə və ritorikasını yumşaltmağa məcbur edir. Əslində, Parisdə də yaxşı başa düşürlər ki, Ruben Vardanyanı, digər separatçıları heç bir müraciət, qətnamə-filan xilas edə bilməz. Çünki heç bir ölkə separatçıları, terrorçuları bağışlamır. Heç kim separatçıların nazı ilə oynamır. İrəvanın, Parisin həmin 23 ermənini "əsir və girov adlandırması" onlara qarşı münasibəti dəyişə bilməz. Milli-etnik zəmində qan tökmüş, soyqırımı və terror aktları törətmiş, terrorçuluğu maliyyələşdirmiş şəxslərin "əsir və girov" adlandırılması qəbuledilməzdir və mənəviyyatsızlıqdır".
Analitikə görə, Retayo separatçıları "əsir və girov" adlandırıb, onların azad edilməsi üçün Azərbaycana müraciət etməyin siyasi riyakarlıq olduğunu düşünməliydi:
"Çünki cənab Retayo ölkəsinin daxili asayişi üçün məsuliyyət daşıyan yüksək çinli məmurdur. O, təcrübəli bir siyasətçi kimi bilməlidir ki, onun bu addımı presedent yaradır. Sabah Azərbaycan tərəfi də Fransaya müraciət edib "Dənizaşırı" ərazilərdə müstəqillik şüarları ilə çıxış etdiklərinə görə fransız hökuməti tərəfindən həbs edilən şəxslərin azadlığa buraxılmasını tələb edə bilər. Həmçinin, korsikalıların, bretonların haqlarını da müdafiə edə bilərik. Makron Fransası ruben vardanyanlar, araik arutyunyanlar, arkadi qukasyanlar üçün risklərə getməməlidir. Fransa rəsmiləri və ictimai xadimləri Vardanyan və onun məsləkdaşlarını müdafiə etməklə faktiki olaraq məsuliyyəti bölüşürlər. Söhbət təkcə mənəvi yox, həm də hüquqi məsuliyyətdən gedir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm