Paris meriyasının “daldan atılan daşı" - “Demokratiya dərsi alsınlar” - QƏRƏZ !
Fidan Həmişəyeva
10:11 18.11.2020
Siyasət
817
“Prezidentimizin də vurğuladığı kimi, Azərbaycan hansısa təzyiqlərə boyun əyməyib, əyməyəcək də”
“Azərbaycan həm cəbhədə, həm də siyasi masada demokratiyanı, qanunu və haqqı müdafiə edən ölkə kimi dünya tarixinə qızıl hərflərlə yazılıb”
Paris meriyası qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşır. Bu barədə diplomatik mənbələrdən bildirilib. Separatçı qurumun tanınması təşəbbüsünün Fransa paytaxtının meri Enn İdalqodan gəldiyi qeyd olunur. Bu proses Fransanın son dövrlər, eləcə sentyabrın 27-dən sonra aparılan hərbi əməliyyatlar zamanı nümayiş etdirdiyi siyasətin tərkib hissəsi kimi görünür. Ermənilərə yaxınlığı ilə tanınan E. İdalqonun bundan əvvəl də həm Ermənistanı, həm də separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən təşəbbüsləri olub, marafonlar təşkil edib.
Əslində bu duruma təəccüblənməli deyilik. Fransanın Ermənistanı açıq-aşkar dəsətkləməsi artıq bütün dünyaya bəllidir. Fransa prezident Emmanuel Makron belə siyasət yürütməklə münaqişənin həllində tərəfsiz vasitəçi statusunu itirmiş oldu. Digər tərəfdən isə Azərbaycanla münasibətlərinə zərbə vurdu. Əlbəttə, Azərbaycan ordusu Dağlıq Qarabağda hərbi əməliyyatı uğurla bitirdi. Ermənistanı sülhə məcbur etmişik. Perspektivdə rəsmi Bakı ilə rəsmi Paris arasındakı münasibətlər yenidən normallaşa bilər. Ancaq bu sağlam əlaqələrin formalaşması üçün rəsmi Paris ölkəmizə qarşı qərəzli mövqedən və işğalçı ölkəni dəstəkləməkdən çəkinməlidir. Beynəlxalq hüquqa hörmətlə yanaşaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməli və ölkəmizin haqq işini müdafiə etməlidir.
Baş verənləri “Sherg.az”a dəyərləndirən millət vəkili Ramil Həsən bildirib ki, cənab Prezidentin dediyi kimi, dünyada ikili standartlar mövcuddur. Parlamentari söyləyib ki, BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkənin daim belə sərsəm addımlar atması, dünyada sülhün və təhlükəsizliyin qarantı olan bir dövlətin-Fransanın tərəfli mövqe sərgilməsi tarix səhifələrindən silinməyəcək:
“Neçə illərdir ki, ikili standartlar şəklində olan yanaşmanın şahidiyik. Paris meriyasının bəyanatı, Niderland parlamentində Azərbaycan və Türkiyəyə qarşı hansısa sanksiya tətbiq etməklə bağlı müxtəlif fraksiyalardakı deputatların təklif səsləndirməsi ölkəmizə qarşı ciddi qərəzin olduğunu göstərir. Bütün bunlar bizlərə demokratiyadan dərs keçməyə çalışan bəzi ölkələrin özlərinin ciddi şəkildə demokratiya dərsi almağa ehtiyacları olduğunu ortaya qoydu”.
R.Həsənin sözlərinə görə, Paris meriyası hər hansı bir dövlət deyil ki, haranısa tanısın:
“Onların belə bəyanatı sadəcə şoudan və siyasi cəhətdən hansısa təzyiqlərdən biri kimi qiymətləndirilməlidir. Prezidentimizin də vurğuladığı kimi, Azərbaycan hansısa təzyiqlərə boyun əyməyib, əyməyəcək də.
Azərbaycan həm cəbhədə, həm də siyasi masada demokratiyanı, qanunu və haqqı müdafiə edən ölkə kimi dünya tarixinə qızıl hərflərlə yazılıb.
Ali Baş Komandanın rəhbərliyi ilə başladığımız İkinci Qarabağ Müharibəsi yalnız vətən torpaqlarımızın azad edilməsi ilə bağlı tarixi missiya idi. Bu missiya uğur və qələbəmizlə başa çatıb”.
Parlamentari vurğulayıb ki, müvafiq dövlət qurumlarımız Paris meriyasının bütün addımlarına qarşı sərt mövqe sərgilədilər:
“Biz haqlıyıq, düzgünük, ədaləti müdafiə edirik. Ədalət isə əsla və əsla mühakimə olunmur. Azərbaycan bu günə qədər qanun çərçivəsində öz hüquqlarını qoruyub, bundan sonra da qoruyacaq.
Bir nəfər kimi Prezidentimizin başçılığı altında yumruq kimi birləşmişik. Dövlətimizin bütün sahələrdə maraqlarını təmin etmək üçün üzərimizə düşən hər addımları atırıq. Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə hazırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou