Paris ziyanın yarısı məsəlini düşünmür...
03:23 22.11.2024
Siyasət
506
Fransa səfirinin XİN-ə çağırılması ciddi siqnaldır
Parisin cəhdləri Ermənistanın da bir dövlət kimi bundan sonra mövcud olmasını sual altında qoyur
Dünən Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı, COP29 ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəf alınmasına etiraz bildirilib. Mötəbər tədbirin boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa təşviq edilməsinin qəbuledilməz olduğu vurğulanıb. Eləcə də COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız şəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin yolverilməz olduğu vurğulanıb.
Bundan başqa səfirin diqqətinə Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu çatdırılıb. Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub.
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a bildirib ki, hazırda Fransanın rəhbərlik etdiyi bir marginal Qərb mərkəzi var və bu mərkəz Azərbaycana qarşı bütün parametrlər üzrə müharibə elan edib. Deputatın sözlərinə görə, Fransanın rəhbərlik etdiyi marginal mərkəzə Avropada yalnız islamofob və ermənipərəst dairələr daxildir:
"44 günlük müharibədən ötən dörd il müddətində həm ermənilərə, həm də onların arxasında duran güclərə qarşı virtual müstəvidə və informasiya cəbhəsində mübarizə apaılır. Şübhəsiz ki, buna son qoymağın vaxtı çatıb. Fransanın keçmiş xarici işlər nazirinin də etiraf etdiyi kimi, Parisin Azərbaycana qarşı olan siyasəti, əslində, Fransanın özünə qarşı yönəlib. Ötən dövr ərzində Fransa Azərbaycana qarşı heç nəyə nail ola bilməyib. Azərbaycan isə Sakit Okean adalarından, Şimali Afrikadan tutmuş Fransanın koloniyalarının tələblərini, səslərini bütün dünyaya çatdıra bilib. Bu isə Fransanı daha da marginallaşdırıb. Belə məqamda Bakı COP29-un gedişində bu qərəzli fəaliyyətə son qoyulmazsa, ermənilərin daha pis duruma düşəcəyi, Fransanın beynəlxalq münasibətlər sistemində nüfuzunun daha da aşağı enəcəyi ilə bağlı xəbərdarlıq etdi".
Parlament üzvü bəyan edib ki, Fransa Azərbaycana qarşı təkcə informasiya müharibəsi aparmır, həm də erməniləri var gücü ilə silahlandırmaqla onları yeni müharibəyə hazırlayır: "Bu cəhdlər Ermənistanın da bir dövlət kimi bundan sonra mövcud olmasını sual altında qoyur. Məhz bu strateji düşüncənin izah edilməsi baxımından Fransa səfirinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılması və prosesin Ermənistan üçün hansı fəsadlara gətirə biləcəyinin izah edilməsi baxımından da olduqca əhəmiyyətlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət
Biləsuvarda toyda dava: 49 yaşlı kişi bıçaqlandı
10:45 12.10.2026
Hadisə