
Parlamentari: ABŞ-dəki memorandum Cənubi Qafqaza səpilmiş separatizm toxumlarının təmizlənməsini rəsmiləşdirdi
Yusif Nəzərli
08:10 09.08.2025
Siyasət
379
"Vaşinqtonda milyonlarla insanın onilliklərlə gözlədiyi tarixi hadisə baş tutdu. ABŞ prezidentinin şahidliyi ilə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında memorandum imzalandı".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, memorandum 300 il bundan əvvəl Cənubi Qafqaza səpilmiş separatizm toxumlarının təmizlənməsini rəsmiləşdirdi:

"Bununla da, bütöv bir regionu idarəolunan konflikt vasitəsilə əsarətdə saxlayan imperiyapərəstlərin siyasəti iflasa uğradı. Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün tələbləri rəsmiləşdirildi. Naxçıvana maneəsiz keçidlə bağlı maddə əksini tapdı. 33 il bundan əvvəl ABŞ Konqresi tərəfindən ədalətsizcəsinə qəbul edilmiş, Azərbaycana dövlət yardımını qadağan edən 907-ci düzəliş birdəfəlik aradan götürüldü. Ən çox diqqət çəkən məqamlardan biri də Azərbaycanın Amerika Birləşmiş Ştatlarının strateji müttəfiqinə çevrilməsidir. Səmimi etiraf etmək istərdim ki, mövcud geosiyasi şərtlər daxilində bu fantastik bir göstəricidir".
Parlamentari qeyd edib ki, ABŞ ilə strateji müttəfiqlik, sivil dünyanın bir parçası olmaq, dünyanın ən güclü, hərtərəfli inkişaf etmiş ölkəsinin iqtisadi, elmi, texnoloji, mədəni imkanlarından yararlanmaq deməkdir:
"Burada, Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etməyin lazım olduğunu mən yaxşı bilirəm” sözləri yada düşür. Donald Trampın, cənab Prezidenti “Zəki və güclü Lider” adlandırması, dövlət Başçımızın beynəlxalq nüfuzunun ən yüksək səviyyədə etirafıdır. 2020-ci il 8 noyabrı Azərbaycanın döyüş meydanlarında qələbəsi kimi tarixə düşdü. 2025-ci ilin 8 avqustunda isə, sülhün rəsmiləşdirilməsi üçün rəsmi zəmin yarandı. Azərbaycan xalqı son beş ildə ancaq Zəfərlər qazandı. Yeni Dünya nizamında yeni reallıqlar yaratdı. Bütün bunların memarı, beyni şübhəsiz, Prezident, Ali Baş Komandan İlham Əliyevdir. Təbriklər, cənab Prezident Təbriklər, Azərbaycan xalqı! ".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət