Parlamentari: Azərbaycanın Çin kimi dostunun olması beynəlxalq platformalarda sözünün gücünü artırır
Yusif Nəzərli
10:20 14.04.2025
Siyasət
558
Son illərdə Azərbaycan və Çin arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu istiqamətdə mühüm addımlar atılıb. Strateji tərəfdaşlıq haqqında imzalanan Bəyannamə ikitərəfli əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Hazırda Azərbaycan Çin şirkətləri ilə xüsusilə yaşıl nəqliyyat və bərpaolunan enerji sahələrində fəal əməkdaşlıq edir. İlk elektrik avtobusları artıq istifadəyə verilib, günəş panelləri istehsalı sahəsində isə əməkdaşlıq genişlənir. Bununla yanaşı, Çinlə birbaşa sərmayələr üzrə danışıqlar da aparılır.
Müdafiə sahəsində təchizatın genişləndirilməsi və birgə istehsal imkanları nəzərdən keçirilir. Nəqliyyat və logistika sahəsində də əməkdaşlıq inkişaf edir. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyir və Orta Dəhliz layihəsində fəal iştirak edir. Çindən gələn yüklərin Zəngəzur və Zəngilan üzərindən keçməsi üçün real imkanlar mövcuddur.
Həmçinin Azərbaycan və Çin beynəlxalq platformalarda da əməkdaşlıq edir. Azərbaycan Qlobal Cənubun fəal üzvü kimi Çinlə münasibətləri yüksək səviyyədə saxlayır. Çin, Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının üzvü olaraq bu çərçivədə də sıx əlaqələr qurur.
Milli Məclisin deputatı Azər Badamov "Sherg.az"a bildirib ki, Azərbaycan ilə Çin arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə ölkələrimiz arası əməkdaşlığın hərtərəfli inkişafına yeni bir impuls verib:
"Çin dünyanın ən böyük ikinci iqtisadiyyatına malik ölkəsidir. Azərbaycan bu bəyannamə imzalmaqla dünaynın ikinci ən böyük iqtisadiyyatı olan ölkəsi ilə əməkdaşlığı dərinləşdirmiş olur. Ölkələrimiz arası münasibətlər yüksək səviyyədə inkişaf edir. Digər yandan Azərbaycan Çinin təklif etdiyi Bir kəmər, bir yol layihəsinə ilk qoşulan ölkələrdəndir. Biz bu layihəyə qoşulmaqla yanaşı çəkdiyimiz beynəlxalq nəqliyyat logistik dəhlizləri ilə töhfə veririk. Belə ki, Çinlə Avropa arasında yükdaşımaların müddəti iki dəfə aşağı salan Orta dəhliz layihəsini gündəmə gətirdik və bu gün həmin dəhlizə Çinli dostlarımızın maraqı günü -gündən artmaqdadır. Həmçinin Azərbaycan Çin bazarına ixracını şaxələndirir. Bu da, qeyri-neft ixrac bazarımızın genişlənməsinə bir töhfədir. Həm də Azərbaycanın yaşıl gündəliyinin inkişaf etdirilməsində Çinin iştirakı genişlənir. Ölkəmizdə elektriklə işləyən BYD avtobusların istehsalına başlanıb. O cümlədən Çin investisyaların ölkəmizə axını sürətlənməkdədir. İtisadi sahədə əməkdaşlığımızın dərinləşməsi siyasi mövqelərimizin də möhkəmləndirir. Bu parçalanan dünyada Azərbaycanın Çin kimi güclü bir dostunun olması beynəlxalq platformalarında sözümüzün gücünü artırır".
Deputat sonda vurğulayıb ki, bütün bunları nəzərə alaraq deyə bilərik ölkələrimiz arasında imzlanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə əməkdaşlığımızın geniuşləndirlməsinə və dövlətlərimizin bir-birinə yaxınlaşmasına yeni töhfələr verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Medvedev yeni təhlükəsizlik zolağının keçəcəyi əraziləri açıqlayıb
20:40 04.07.2026
Dünya
Ərdoğan: İsrail ABŞ-İran danışıqlarını pozmağa cəhd edir
20:19 04.07.2026
Gündəm
Rusiyada Putinə qarşı açıq etirazlar başladı
19:36 04.07.2026
Dünya
Ankara NATO Zirvəsinə hazırlaşır: Proqram açıqlanıb
19:33 04.07.2026
Gündəm
Pezeşkian şərt qoydu – “Yerinə yetirilməsə, istefa verəcəm”
19:24 04.07.2026
Region
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
19:11 04.07.2026
Dünya
Müharibənin ayırdığı sevgililər 60 ildən sonra yenidən görüşdü
18:12 04.07.2026
Maraqlı
İsrail mətbuatı: Türklərin sürətinə çatmaq çətindir
17:44 04.07.2026
Gündəm
CHP-nin deputatı Adnan Beker partiyasından istefa verib
17:25 04.07.2026
Siyasət
Ərdoğan Şahbaz Şəriflə görüşüb
17:02 04.07.2026
Gündəm
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
16:45 04.07.2026
Dünya
Rusiyanın açıqlamasına Zelenskidən təkzib: Putin yalan danışır
16:29 04.07.2026
Dünya
Yer kürəsində güclü maqnit qasırğası başladı
15:56 04.07.2026
Maraqlı
Livan Prezidenti Trampdan kömək istədi
15:41 04.07.2026
Dünya