
Parlamentari: QAİ-nin müraciətinin BMT sənədi kimi yayılmasının iki mühim əhəmiyyəti var
Yusif Nəzərli
17:22 05.11.2025
Siyasət
122
Ermənistanın dövlət siyasətinin irqçi, insanlıq və sülh əleyhinə əleyhinə cinayət xarakterli olduğunu təsdiq edən fövqəladə dəlil ilə bağlı BMT-nin Baş katibinə ünvanlanan məktubun BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılması ilə bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb. Qərbi Azərbaycan İcmasından APA-ya verilən məlumata görə, məktubun BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılması Ermənistanın sözügedən cinayətlər üzrə məsuliyyətinin beynəlxalq hüquqi müstəvidə təsbit olunması baxımından böyük əhəmiyyət kəsb edir. Bəyanatda qeyd olunub ki, Qərbi Azərbaycan İcması bu məsələni BMT ilə yanaşı regional təşkilatların və özlərini insan hüquqlarının müdafiəçiləri kimi təqdim edən beynəlxalq qeyri-hökumət təşkilatlarının diqqətinə çatdırmaq istiqamətində səylərini davam etdirir.
Qeyd edək ki, sözügedən məktub Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın prezidenti qismində verdiyi məlum çıxışı ilə bağlı idi. Xatırladaq ki, Levon Ter-Petrosyan həmin çıxışında etnik təmizləmənin və işğalçılığın Ermənistanın dövlət siyasəti olduğunu təsdiq edir və Ermənistandan azərbaycanlıların qovulmasını tarixi nailiyyət adlandırırdı.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu “Sherg.az”a söyləyib ki, Qərbi Azərbaycan İcması Qərbi azərbaycanlıların hüquqlarını bərpa edilməsiylə bağlı beynəlxalq təşkilatlara, xüsusilə insan haqları üzrə ixtisaslaşmış qrumlarla əlaqə saxlayır:

“Bununla bağlı həqiqətləri beynəlxalq hüququn diqqətinə çatdırmağı qarşısına məqsəd götürərək Qərbi azərbaycanlıların qayıdışının hüququ bazasını genişləndirməyə çalışır. Birləşmiş Millətlər Təşkilatı dünyanın ən böyük beynəlxalq təşkilatı kimi beynəlxalq hüququn yerinə yetirilməsində məsul qrumdur. Beynəlxalq hüquqa görə hər bir insanın doğulduğu yerdə, vətəndaşı olduğu ölkədə yaşamaq hüququ var. Ona görə də Qərbi Azərbaycan İcması BMT-nin Baş Assambleyasına Qərbi azərbaycanlıların qayıdış hüququ ilə bağlı müraciət ünvanlayıb. Qərbi Azərbaycan İcması Ermənistanda olan etnik nifrət, etnofobiya və diskriminasiya kimi məsələlərlə bağlı gerçəklikləri BMT Baş Assambleyasının diqqətinə çatdırıb. Qərbi azərbaycanlıların qayıdışıyla bağlı beynəlxalq hüquqda nəzərdə tutulan müddəaların icra olunmasıyla əlaqədar BMT-yə müraciət edib. Ən sonuncu müraciət isə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın etirafından sonra olub. Levon Ter-Petrosyan öz çıxışında Qərbi azərbaycanlıların öz torpaqlarından qovulmasını bir qəhramanlıq tarixi kimi erməni ictimaiyyətinə təqdim edir. Burada məsələ hüququ yönümlüdür. Çünki bir ölkənin prezidenti etiraf edir ki, həmin ölkənin vətəndaşlarını etnik təmizləmə siyasətinə məruz qoyub. Qərbi Azərbaycan İcmasının müraciətinin BMT sənədi kimi yayılmasının iki mühim əhəmiyyəti var. Birincisi BMT qəbul edir ki, həqiqətəm belə bir problem mövcuddur. Digər tərəfdən isə BMT anlayır ki, Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtma istəyində siyasi iddia yoxdur. Qərbi Azərbaycan İcması bundan sonda da həmin istiqamətdə fəaliyyətini davam etdirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəlzələ oldu
23:35 14.07.2026
Gündəm
ABŞ İrana yenidən zərbələr endirib
23:13 14.07.2026
Dünya
Tramp Hörmüzlə bağlı qərarını dəyişdi: “İranı çox sərt vururuq”
23:12 14.07.2026
Gündəm
İranın Keşm adasında partlayışlar baş verib
22:59 14.07.2026
Dünya
ABŞ və İran arasında heç bir real razılaşma əldə olunmayıb - ŞƏRH
22:29 14.07.2026
Gündəm
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə