
Parlamentari: Trampın addımı Azərbaycanın siyasi qələbəsidir
12:59 17.09.2025
Siyasət
442
ABŞ-ın qarant rolunda iştirakı sülh sazişini sürətləndirə bilər
Sülhün şərtlərinin müəllifi Azərbaycan tərəfidir
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
Dövlət başçısı bu barədə X-də yazıb.
"Prezident Donald Tramp, təşəkkür edirəm, "Truth Social" hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton sammitinə ev sahibliyi etməyinizdə oynadığınız mühüm rolu yüksək qiymətləndirirəm",- İ.Əliyev qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, Donald Tramp Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarıdır:
"Dostluğumuzu yüksək dəyərləndirirəm".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkəsində Azərbaycanla bağlı növbəti paylaşım edib.
Ağ Ev rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə fotosunu paylaşıb.
“Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək, eyni zamanda bu iki böyük lider Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq şərəfdir. Bu mənim üçün, amma daha da önəmlisi Amerika Birləşmiş Ştatları üçün əbədi dostluq olacaq”, - deyə Tramp yazıb.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sherg.az-a deyib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentinin hərbi-siyasi yolla yaratdığı yeni geosiyasi reallığın əks olunduğu növbəti paylaşımı Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması üzrə proseslərin tezləşdirilməsi istiqamətində mühüm əhəmiyyətə malik addım hesab edilməlidir:

"Azərbaycan və Ermənistan liderləri ilə görüşün fotosunu paylaşmaqla ABŞ Vaşinqtonda imzalanan sənədlərin və bununla da sülh istiqamətində atılan addımların davamlılığında maraqlı olduğunu göstərir. Bu özlüyündə çox mühüm amildir. Çünki Ermənistan bir qayda olaraq Azərbaycanla sülh istiqamətində əldə edilən razılıqlar üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə və yaxud hər hansı formada prosesləri ləngitməklə vaxt qazanmağa üstünlük verib. Lakin Vaşinqtonun qarantorluğu və ABŞ Prezidentinin öz paylaşımları ilə məsələni diqqətdə saxladığını göstərməsi Ermənistan üzərində pozitiv təsir mühiti formalaşdırmaqla İrəvanı sülh sazişinin imzalanması qarşısında maneə kimi rol oynayan əngəlləri aradan qaldırmağa sövq edə bilər. Bu, eyni zamanda Azərbaycanın mühüm siyasi qələbəsi hesab olunmalıdır. Çünki ABŞ-nin reallaşmasını arzuladığı sülhün, o cümlədən Bakı və İrəvan arasında paraflanan sazişin şərtlərinin müəllifi Azərbaycan tərəfidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nadir hadisə: Saturn adi gözlə görünəcək
21:49 04.10.2026
Maraqlı
İranın neft naziri istefa verib
21:35 04.10.2026
Region
Merts Ukraynaya 1,35 milyard avro yardım vəd edib
21:22 04.10.2026
Dünya
Ardıcıl 3 zəlzələ: Naci Görürdən kritik xəbərdarlıq - “Yaxınlaşır”
20:34 04.10.2026
Hadisə
2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar
20:19 04.10.2026
Gündəm
Merts Ukraynaya 1,35 milyard avro yardım vəd edib
20:04 04.10.2026
Dünya
Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaradıb
19:47 04.10.2026
Dünya
Tasnim: İran İraqla hava əlaqəsini bərpa edib
19:33 04.10.2026
Dünya
Millətlər Liqası: Azərbaycan Litvanı Bakıda məğlub etdi
19:07 04.10.2026
Futbol
Əhməd Yusifov dünya çempionu oldu
19:07 04.10.2026
İdman
Braziliyada seçki mübarizəsi gərginləşib
19:05 04.10.2026
Dünya
Bakıda mənzildə meyit tapılıb
18:37 04.10.2026
Hadisə
Gonca Cilasun rol üçün 8 kilo arıqladı
18:31 04.10.2026
Mədəniyyət
Gəncədə iki nəfər zəhərlənib
18:19 04.10.2026
Hadisə
Sentyabr ayında Yerdə iki yeni ada yaranıb
18:14 04.10.2026
Maraqlı
Saytı dünyada ən çox ziyarət edilən futbol klubu AÇIQLANDI
18:04 04.10.2026
Futbol