Partiya sədri: "BMT rəsmiləri ermənilərin təxribatına göz yumub"
Turan
12:08 03.05.2020
Siyasət
583
“Birləşmiş Millətlər Təşkilatının rəsmi saytında işğal olunmuş Qarabağ ərazisində yaradılmış qondarma rejimin daha 2 “sənəd”inin yerləşdirilməsini qəti şəkildə pisləyirik”.
Bunu “Sherg.az”a Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı Əlisahib Hüseynov deyib.
Partiya sədri vurğulayıb ki, BMT kimi nüfuzlu bir təşkilatın separatçı ermənilərin təxribatına, avantürasına uyaraq Azərbaycana qarşı ədalətsiz addım atması xoşagələn hal deyil:
“Millətlər Təşkilatı kimi mötəbər bir təşkilat özünün bir ovuc separatçı, işğalçı ermənilər tərəfindən bu cür hiyləgərcəsinə aldadılmasına və alət kimi istifadə edilməsinə yol verməməlidir. BMT təcavüzkar Ermənistana öz qonşusunun, Azərbaycanın ərazilərini işğal etməsinə görə, daim təzyiq göstərmək və rəsmi İrəvandan 4 qətnaməni dərhal yerinə yetirməyi tələb etmək əvəzinə, onların Azərbaycana qarşı təxribatçı “sənəd”lərinin yayılmasına razılıq verir. Əlbəttə, bu addım BMT-nin Qarabağ münaqişəsinin həlli prosesində ədalətli mövqe tutmasına ciddi şübhələr yaradır. Məlum məsələdir ki, Qarabağdakı separatçı rejimin “xarici işlər nazirliyi”nin adından yayılan həmin “sənədlər” Ermənistanın BMT-dəki daimi nümayəndəliyi tərəfindən yayılıb. BMT rəsmiləri isə buna göz yumublar”.
Ə.Hüseynovun sözlərinə görə, həmin “sənəd”lərin birində məhz Azərbaycan 2016-cı ilin aprel döyüşlərinə görə ittiham edilir:
“Belə bir absurd ittiham irəli sürməklə ermənilər Azərbaycanı “təcavüzkar” tərəf qismində göstərməyə çalışırlar. İkinci “sənəd”də isə BMT baş katibi Antonio Quttereşə dünyanın bütün “qaynar nöqtələri”ndə atəşkəsin bərqərar olması ilə bağlı çağırış yer alıb. Bu “sənəd”də də hiyləgər məqsəd güdülür. Bununla da ermənilər özlərini “sülh tərəfdarı” kimi, Azərbaycanı isə atəşkəsi pozan tərəf kimi təqdim edirlər. BMT personalı isə bu cür əsassız iddia və ittihamlarla bağlı heç bir ilkin araşdırma aparmadan ermənilərin “sənəd”lərini təşkilatın rəsmi saytında yerləşdirib. Bu cür qeyri-adekvat yanaşma və subyektiv davranış sözsüz ki, BMT-nin nüfuzuna kölgə salır. BMT rəhbərliyi özünün ermənilərin bu cür siyasi-diplomatik fırıldaqlarında bu və ya digər şəkildə iştirakına son qoymalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də nadir və müalicəsi olmayan virus aşkarlanıb
03:28 02.08.2026
Sağlamlıq
Əminə Ərdoğan Dünya Ana Südü Həftəsi ilə bağlı paylaşım edib
02:21 02.08.2026
Cəmiyyət
ABŞ-də F-35B döyüş təyyarəsi qəzaya uğrayıb
02:15 02.08.2026
Dünya
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol