Qondarma rejimin “başçısı” müharibəyə hazır olduqlarını iddia etməklə yanaşı, münaqişənin “mərhələli” şəkildə həllini o zaman qəbul edəcəklərini bildirib ki, ermənilərin “özmüqədərrat və təhlükəsizlik hüquqları” təmin olunsun.
Paşinyan artıq Kremlin qarşısında əyilməyə başladı
Turan
07:15 02.06.2020
Siyasət
887
Baş nazirin Babayana “vəzifə” verməsi həm də Rusiyaya güzəştin tərkib hissəsi də sayıla bilər
Sarkisyanın keçmişdəki rəqibləri avtomatik Nikol Paşinyanın müttəfiqlərinə çevrilir
Dağlıq Qarabağın yeni “prezidenti” Araik Arutunyan Ermənistanın baş naziri Nikol Paşinyanla birgə Şuşada “andiçmə” mərasimi keçirdikdən sonra yenidən İrəvanda bir araya gəliblər. Bunun başlıca səbəbi odur ki, Nikol Paşinyan Araik Arutunyanın ona bağlı olduğunu göstərməyə çalışır. Separatçı Arutunyan Prezident İlham Əliyevin mayın 28-də Dağlıq Qarabağla bağlı çıxışına da reaksiya verib.
Qondarma rejimin “başçısı” müharibəyə hazır olduqlarını iddia etməklə yanaşı, münaqişənin “mərhələli” şəkildə həllini o zaman qəbul edəcəklərini bildirib ki, ermənilərin “özmüqədərrat və təhlükəsizlik hüquqları” təmin olunsun.
Separatçıların iddialarını “Şərq”ə dəyərləndirən “Atlas”Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Arutunyanın dedikləri “mərhələli həlli” deyil, “paket həlli” ehtiva edir ki, Azərbaycan heç zaman bununla razılaşmayacaq. Ekspertin sözlərinə görə, separatçı Araik Arutunyanın “təyinatları” da maraqlıdır:
“Separatçıların “xarici işlər naziri” yenidən Masis Mailyan “təyin” olunub. Halbuki, Mailyan “prezident seçkisində” Araik Arutunyanın ikinci turda rəqibi idi. O, bu təyinatı belə izah edib ki, guya, Masis Mailyanın “işinə” davam etməsi faydalıdır. Bunun yalan olduğu aşkardır. Dağlıq Qarabağda nə qədər “bürokrat” var ki, onlardan “xarici işlər naziri” vəzifəsi düzəltmək olsun. Ona görə də seçim imkanı çox olmayan Araik Arutunyan Mailyanla çalışmaq məcburiyyətindədir. Digər tərəfdən Mailyanın “vəzifəsində” qalması Nikol Paşinyanın da maraqlarına cavab verir. Paşinyanın Dağlıq Qarabağın keçmiş “prezidenti” Bako Saakyanla münasibətlərində gərginlik olsa da, Masis Mailyan bu qovğada neytral mövqe tuturdu. Ona görə də Paşinyan Dağlıq Qarabağda “prezident seçkisində” Masis Mailyanla Araik Arutunyanın üzərində dayanmışdı. Araik Arutunyanın ikinci “təyinatı” da diqqəti çəkir. O, Samvel Babayanı “Təhlükəsizlik Şurasının katibi” təyin edib. Bu “təyinat” da Paşinyanla razılaşdırılıb”.
E.Şahinoğlu vurğulayıb ki, Samvel Babayan növbəti cinayətkarlardan biridir. Torpaqlarımızın işğalında və azərbaycanlılara qarşı müxtəlif qətliamlarda iştirak edib:
“Samvel Babayan 1990-cı illərdə separatçıların “müdafiə naziri” olub. Paşinyanın Samvel Babayan seçimi də təsadüfi deyil. Babayanın Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyanla münasibətlərində problemlər var idi. Sarkisyan 2017-ci ildə onun həbsinə qərar vermişdi. Samvel Babayan Gürcüstandan Ermənistana zenit-raket kompleksi qaçaqmalçılığı üzrə cinayət işi çərçivəsində Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmışdı. Belə görünür ki, Babayan 2017-ci ildə Serj Sarkisyanı devirmək planı hazırlayırdı”.
Siyasi şərhçiyə görə, Sarkisyanın keçmişdəki rəqibləri avtomatik Nikol Paşinyanın müttəfiqlərinə çevrilir:
“Ancaq Samvel Babayanın həm də Rusiyadakı mərkəzlərlə sıx əlaqəsi var. Babayan bir müddət Rusiyada yaşayıb. Demək, Paşinyanın Samvel Babayana “vəzifə” verməsi həm də Rusiyaya güzəştin tərkib hissəsi də sayıla bilər. Başqa sözlə, Dağlıq Qarabağdakı “vəzifələr” Nikol Paşinyanla Rusiyadakı dairələr arasında güzəşt əsasında bölüşdürülüb. Arutunyan “kəşfiyyat xidmətinə” isə Kamo Aqandjanyanı “təyin” edib. Bu isim də separatçılar üçün yad deyil, Azərbaycan torpaqlarının işğalında və qətliamlarda iştirak edib. Sonrakı dövrdə separatçıların “müdafiə nazirinin müavini” və “polis rəisi müavini” vəzifələrində çalışıb. Paşinyan Dağlıq Qarabağdakı “təyinatlar” vasitəsilə separatçıları nəzarətdə saxlayacağını düşünür. Ancaq baş nazirin Ermənistandakı mövqelərinin zəifləməsi kifayət edəcək ki, Dağlıq Qarabağdakı yeni “rəhbərlər” Paşinyanın rəqiblərinin bayrağını qaldırsınlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya
İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq
17:13 01.08.2026
Region
AB səfiri Azərbaycan dilini öynənir - Video
16:59 01.08.2026
Gündəm