Paşinyan: Azərbaycanın sülhə nail olmaq istəyini görürük
Yusif Nəzərli
17:58 14.06.2025
Siyasət
323
“Son illər Ermənistanla Türkiyə arasında fəal dialoq qurulub. Azərbaycanın sülhə nail olmaq istəyini də görürük”.
Teleqraf “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada keçirilən GLOBSEC 2025 forumunda deyib.
Paşinyan vurğulayıb ki, hazırda Türkiyə və Ermənistan birbaşa təmasdadır, halbuki əvvəllər üçüncü dövlətlərin vasitəçiliyi olmadan bu mümkün deyildi: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir neçə görüşümüz olub və bu görüşlər konstruktiv olub. Düzdür, hələ ki, yerlərdə nəzərəçarpacaq nəticələrimiz yoxdur, amma mühüm irəliləyiş əldə etmişik. Üç il əvvəl Ermənistan hər hansı məsələdə Türkiyənin mövqeyini aydınlaşdırmaq istəyirdisə, üçüncü ölkənin vasitəçiliyinə əl atmalı idi”.
Baş nazir ümid edir ki, bu proses diplomatik münasibətlərin qurulmasına, sərhədlərin açılmasına və iqtisadi əlaqələrin möhkəmlənməsinə gətirib çıxaracaq. Onun fikrincə, bu, zaman məsələsidir: "Bu, həm də daha geniş regional iqtisadi gündəmlə bağlıdır. Amma qeyd etdiyim kimi, biz davamlı sülhün bərqərar olması gündəliyi ilə ardıcıl olaraq irəliləyirik. Bu, bizim borcumuzdur və buna nail olmaq əzmindəyik.
Azərbaycanın sülhə nail olmaq istəyini də görürük. Əlbəttə, bəzi nüansları nəzərə almaq lazımdır, lakin mən Ermənistanın baş naziri kimi bunu edə biləcəyimizə əminəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və İsrail bizə psixoloji təsir göstərir - Xamenei
21:34 20.03.2026
Dünya
Öldürülən ABŞ pilotunun atası İranla müharibəyə qarşı çıxdı
20:36 20.03.2026
Dünya
Ağ Ev süni intellekt üzrə ilk milli siyasət çərçivəsini təqdim edib
20:24 20.03.2026
Dünya
KİV: Tramp İranla müharibə üçün 200 milyard dollar istəyir
20:11 20.03.2026
Dünya
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm