Paşinyan “çox bildiyindən” tora düşdü... – Sualların qarşısında “əzildi”
Fidan Həmişəyeva
08:39 17.08.2020
Siyasət
873
“Paşinyan nəinki sərsəmlədi, hər şeyi üzünə-gözünə bulaşdırdı”
Ermənistanın baş naziri Nikol Paşinyanın siyasət səhnəsindəki biabırçılıqları davam edir. Bu dəfə o, Britaniyanın BBC-nin "Hard Talk" proqramında özünü sözün əsl mənasında, rüsvay edib. Proqramın aparıcısı Stiven Sakur, sanki ,qarşısına Paşinyanı "edam" etməyi qoymuşdu.
Paşinyan iyul ayında baş vermiş Tovuz döyüşləri ilə bağlı suala cavabında Azərbaycanı "ilk hücumu etməkdə" ittiham edib.
O, daha sonra deyib: "Hər gərginləşmədən sonra beynəlxalq icma hadisənin iki versiyasını dinləyir. Buna görə də təmas xəttində monitorinq sisteminin quraşdırılmasına ehtiyac var".
Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə, Paşinyan hesab edir ki, "barışıq Ermənistanın birtərəfli hərəkətləri ilə əldə edilə bilməz": "Münaqişəni güc yolu ilə həll etməyə çalışan Azərbaycandır".
Paşinyanın acınacaqlı duruma düşməsi, eyni zamanda ingilis dilini pis bilməsi, kəsərli suallar qarşısında mövqeyinin zəif olmasından irəli gəlir. Müsahibə Paşinyanın hələ siyasətçi kimi formalaşmadığını, təcrübəsiz və səriştəsiz olduğunu göstərdi.
Bir sözlə, Paşinyan Münhen konfransındakı biabırçılığı daha kəskin formada təkrarladı. Jurnalistin qarşısında aciz duruma düşən Paşinyan, görəsən dövlət və hökumət başçıları ilə ikitərəfli və çoxtərəfli danışıqlar formatında hansı biabırçı vəziyyətə düşür?
Prosesi “Sherg.az”şərh edən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib ki, Paşinyan özünü həddindən artıq ağıllı hesab eləsə də, BBC-nin proqramında biabırçı duruma düşdü. Politoloqun sözlərinə görə, Paşinyan bilmədiyi bir məsələləri qatıb-qarışdırdı:
“Paşinyan həm dili sərbəst bilmirdi, həm də peşəkar siyasətçi olmadığına görə, siyasi anlaşılmazlıqlar o qədər çox idi ki, sərsəm bir müsahibə alındı.
Paşinyan 2 ildən artıqdır, baş nazirdir və dövlətə rəhbərlik edən bir insandır.
Onun zamanla məkanı dəyişik salması və müasir dövrdə özünü demokrat sayıb, insan hüquqlarının müdafiəçisi kimi təqdim etməsi ilə öz xislətindən kənara çıxa bilmədi. Suallardan yayındı və özünə uyğun olaraq düşündüyü kimi cavablandırdı”.
C.Nuriyev qeyd edib ki, Paşinyan bu günə qədər Azərbaycanın gündəmə gətirdiyi iddiaların əsassız olduğunu bildirdi. Beləliklə sarsaqlamağa davam etdi:
“Bu adam erməni xislətinə uyğun olaraq hərəkət edir. Təəssüf ki, həmin siyasət yenə davam edir. Son hadisələrin gedişi göstərir ki, Paşinyan Ermənistanın növbəti provakat rəhbərlərindən biridir.
Çünki bütün dünya çox gözəl bilir ki, Tovuzda baş verənləri hazırlayan ruslar idi. Bu gün də erməniləri birbaşa Azərbaycana qarşı kökləyən Rusiya dövlətidir.
Cənab Prezidentin Putinə etdiyi telefon zəngində Prezidenimiz gündəmə gətirdi ki, məhz ayın 17-dan başlayaraq Rusiya Gürcüstan üzərindən icazə almadığı üçün hava məkanı kimi artıq Qazaxstan, Türkmənistan və İranın hava məkanı kimi istifadə edib.
400 tondan çox hərbi sursatı İrəvana daşıyıb. Bütün bunları bildiyi üçün Paşinyan nəinki sərsəmlədi, hər şeyi üzünə-gözünə bulaşdırdı. Təəssüf ki, Azərbaycan kimi bir dövlətin belə səfeh və səviyyəsiz, düşməni var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Nəhyanla İranı müzakirə etdi
01:23 05.09.2026
Region
Özbək gəlin 4 milyon manatlıq qızıllarla yoxa çıxdı
22:49 04.09.2026
Maraqlı
Tramp bəzi ölkələrlə ticarəti azaltmaq istəyir
22:08 04.09.2026
Dünya
Azərbaycanlı müğənni qəzaya düşdü
21:35 04.09.2026
Şou
Si Cinpin böyük biznes nümayəndə heyəti ilə ABŞ-yə səfər edəcək
21:24 04.09.2026
Dünya
Zelenski: Uitkoff və Kuşner 6 sentyabrda Kiyevə səfər edəcək
21:12 04.09.2026
Aktual
"Beyin köçünün qarşısını almaq lazımdır!” - Ekspert
20:53 04.09.2026
Aktual
Meloni Prezident İlham Əliyevə təşəkkür edib
20:35 04.09.2026
Siyasət
“Paşinyanın sülh göyərçini obrazına aldanmayaq!” - Rufiz Hafizoğlu
20:21 04.09.2026
Gündəm
“Rusiya hava məkanını tam qoruya bilməyəcək” - Hüseyn Fazla
20:10 04.09.2026
Gündəm
Kiyevə dron hücumu nəticəsində 9 nəfər yaralanıb
19:34 04.09.2026
Dünya
Moskva İrəvanın real niyyətindən xəbərdardır - ŞƏRH
19:26 04.09.2026
Siyasət
Aygünlə Namiq illər sonra yenidən duet oxudular - VİDEO
19:18 04.09.2026
Şou
Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb
19:15 04.09.2026
Siyasət