“Paşinyan da devriləcək” – Ekspert vaxt açıqladı...
Fidan Həmişəyeva
12:58 10.08.2020
Siyasət
887
“Tovuz hadisələrindən sonra Paşinyan xalqa müraciət etdi ki, hərbçilərin sığortalanması üçün fonda pul köçürsünlər”
“Onlar isə ordunun daxilini bildiyi üçün pul köçürmədi”
“Ermənilər iki qrupa bölünüb bir-biri ilə vuruşacaqlar, sonda isə Azərbaycanın istədiyi olacaq”
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan 2016-cı ilin Aprel döyüşləri barədə absurd fikirlər səsləndirib. Bu fikirlər hətta erməni ictimaiyyətində də təzad doğurub. Səsləndirilən avanturist fikirlərin içində blef hesab olunan guya ermənilərin Aprel savaşından “qalib” ayrılmaları, Azərbaycanın isə “uğursuz” əməliyyat keçirməsidir.
Anormal şəkildə “qələbə”dən danışan Sarkisyan görəsən uzun müddətdən sonra niyə susqunluğunu pozdu? Ümumiyyətlə, həqiqətləri danmaqla, Aprel savaşı haqqında utopik fikirlər səsləndirmək nəyə hesablanıb?
Özünü “qəhrəman” kimi təqdim etməyə çalışan qalmaqallı eks-prezidentin söylədiklərini “Sherg.az”a şərh edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun və rəhbərliyinin Ermənistan üzərində parlaq qələbəsi idi:
“Heç kəs bunu şübhə altına ala bilməz. Bu, mümkün deyil. Əslində Sarkisyan belə açıqlama verməklə Ermənistanın şüur materiyasını bütün aləmə göstərdi. Ermənilər bir çox güclərdən məhrum oldular. Özləri etiraf etdilər ki, 800 hektar ərazini itiriblər. İndi isə bunu “qələbə” adlandırırlar”.
M.Əhmədoğlu qeyd edib ki, ermənilər doğrudan da sərsəm şüura və düşüncəyə malikdirlər:
“Sarkisyan öz xalqını dəli hesab edir. Erməni xalqı dəlidir ki, “qələbə” çalmış Sarkisyanı hakimiyyətdən uzaqlaşdırdı. Sarkisyan “qələbə” qazanmışdı, xalqa yaxşı pullar gətirirdi və iqtisadiyyat inkişaf etmişdi. Amma xalq onu hakimiyyətdə qovdu. Belə xalqa dəli deyirlər.
Guya Paşinyan özü də Tovuz hadisələrində “qələbə” qazanıb? Bəs, həmin günü “qələbə” qazanılıbsa, Paşinyan niyə xalqa müraciət etdi ki, hərbçilərin sığortalanması üçün fonda pul köçürülməlidir? 10-12 gün ərzində cəmi 650 min köçürmə oldu.
Dünya ermənilərinin yanında bu rəqəm heç nədir. Erməni xalqı ordunun daxilini bilir, ona görə də pul vermədi. Yaxud dünya ermənilərinin bir-birinə olan münasibəti bəlli oldu. Livandakı partlayışda ən çox əziyyət çəkənlər ermənilər oldu.
Ermənilər indi də Paşinyanın bu “qələbə”sini qəbul etmir və onun sözündən sonra orduya pul köçürmür. Sarkisyanı necə devirdilərsə, 2-3 aydan sonra Tovuz döyüşlərində “qələbə” qazanmış Paşinyanı həmin qaydada devirəcək.
Ona görə ermənilər sərsəm düşüncələrin təsiri altındadırlar. Ermənilər iki sərsəm qrupa bölünüb bir-biri ilə vuruşacaqlar. Sonda isə Azərbaycanın istədiyi olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat