Paşinyan düşdüyü vəziyyətə layiqdir
Turan
08:53 09.10.2020
Siyasət
643
Rusiya Ermənistanın niyyətini anlamışdı, Moskvadan fərqli addım atacağını gözləmək mümkün deyil
Rusiya Prezidenti Vladimir Putin Qarabağda davam edən döyüşlərə toxunub və erməniləri məyus edən açıqlama verib. Rusiya lideri Ermənistan qarşısında hərbi öhdəliklərinin olduğunu desə də, döyüşlərin Ermənistan ərazisində getmədiyini xatırladıb: “Rusiyanın Ermənistan qarşısında öhdəlikləri var. İndi döyüşlər Ermənistan ərazisində getmir. Hərbi öhdəliklərimizə gəldikdə isə biz onları icra etməyə hazırıq”.
Putinin açıqlaması Qarabağdakı döyüşlərə Rusiyanın müdaxilə etməsini arzulayan Ermənistan üçün arzuolunmaz hal olub. Ekspertlərin fikrincə, Putindən Ermənistanı məyus edəcək açıqlamanın gəlməsi gözlənilən idi.
Çünki Nikol Paşinyanın eyni vaxtda “iki stulda oturmaq” cəhdləri Kremli heç cürə qane edə bilməzdi. Rəsmi İrəvanın son dövrlərdə açıq-aşkar rusofob və Qərbyönümlü siyasət yürütməsi Rusiya liderini qıcıqlandırırdı.
Paşinyan necə deyərlər, nə əkibsə, onu biçməklə məşğuldur. Ermənistan baş nazirinin mövcud siyasətini Rusiyaya qarşı nankorluq kimi dəyərləndirən Vladimir Putin hazırkı situasiyada neytral mövqe nümayiş etdirməyə üstünlük verib.
Məsələni “Şərq”ə dəyərləndirən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib ki, Ermənistanın əsas məqsədi müxtəlif bəhanələrlə Rusiyanı KTMT üzvü kimi müharibəyə cəlb etmək idi. Analitikin sözlərinə görə, İrəvanın niyyətindən xəbərdar olan Moskvanın fərqli addım atacağını gözləmək olmazdı:
“Putinin açıqlaması erməniləri məyus etsə də, Azərbaycan tərəfi üçün gözlənilən idi. Hamıya məlumdur ki, Rusiya yalnız Ermənistan ərazisində müharibə gedərsə, proseslərə müdaxilə edə bilər. KTMT-nin 1992-ci ildə imzalanmış sənədinə əsasən, üzv ölkə xarici təcavüzə məruz qaldıqda həmkarları tərəfindən qorunmalıdır.
Amma Ermənistanın Azərbaycanla savaşı məhz bizim qanuni torpaqlarımızda gedir. Hətta Ermənistan ərazisindən Azərbaycan şəhərləri raket zərbələrinə məruz qalsa da, biz düşmən ölkənin ərazisini vurmuruq.
Belə halda Rusiyanın Ermənistanın yanında yer alaraq, birbaşa Azərbaycana qarşı müharibədə iştirakından söhbət gedə bilməz.
Bu, məsələnin hüquqi tərəfidir. Siyasi məqam isə odur ki, Rusiya bizə qarşı işğalçı Ermənistanın yanında yer alarsa, Azərbaycanın da yanında güclü dövlətlər olacaq. Bununla da müharibənin miqyası böyüyəcək və savaş regional güclər arasında gedəcək.
Bu da indiki məqamda Moskva üçün heç də arzuolunan deyil. O səbəbdən heç bir halda Ermənistan öz məqsədinə çatmayacaq. Yaxşı olardı ki, İrəvan hökuməti öz səylərini müharibəni genişləndirməyə yox, münaqişənin həllinə yönəltsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya
Liparit Drmeyan Paşinyanı məhkəməyə verdi
17:45 31.07.2026
Region
SEPAH komandiri: Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq
17:40 31.07.2026
Dünya
"Uşağı çox yedirtmək sağlamlıq deyil, təhlükədir" - Pediatr
17:37 31.07.2026
Sağlamlıq
Bu nazirliyə əlavə xidməti avtomobil veriləcək
17:21 31.07.2026
Gündəm
Rusiya səfiri Polşa XİN-ə çağırıldı
17:19 31.07.2026
Gündəm
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib
16:40 31.07.2026
Gündəm
Almaniya Kansleri Seutadakı vəziyyətlə bağlı Mərakeşə çağırış etdi
16:39 31.07.2026
Gündəm
60 min miqrant İspaniyanın Seuta şəhərinə daxil olub
16:35 31.07.2026
Gündəm
Xəzər rayonunda 45 kq narkotik aşkarlanıb
16:33 31.07.2026
Hadisə
Seutaya miqrant axını təsadüfi deyil, kənardan idarə olunur - ŞƏRH
16:25 31.07.2026
Gündəm
Küveyt ordusu İran dronlarını məhv etdi
16:14 31.07.2026
Dünya