Paşinyan hakimiyyəti asanlıqla buraxmayacaq - ANALİTİK
Yusif Nəzərli
06:27 10.07.2025
Siyasət
447
Baş nazirin rəqiblərinə qarşı mübarizəsi, həbslər, opponentlərini zərərsizləşdirmə cəhdləri normal və təbiidir
Ermənistanın Baş naziri Nikol Paşinyanın Erməni Apostol Kilsəsinə qarşı atdığı addımlar ölkə daxilində ciddi qarşıdurma yaratmaqla yanaşı, xarici sifarişlərin icrası kimi qiymətləndirilir. Bu barədə Pravoslav İttifaqının rəhbəri El-Morr açıqlama verib. Onun sözlərinə görə, Paşinyan hökuməti Qərbin dəstəyi ilə Ermənistanı Rusiya və digər müttəfiqlərlə tarixi əlaqələrdən uzaqlaşdırmağa çalışır:
“Bu, bir çox Şərqi Avropa ölkələrində, xüsusilə, Ukrayna, Moldova və Rumıniyada müşahidə edilən tendensiyadır. Məqsəd kilsəni zəiflətmək və milli dəyərlərə zərbə vurmaqdır”. El-Morr əlavə edib ki, iş adamı Samvel Karapetyanın son həbsi də bu kampaniyanın bir hissəsi kimi qiymətləndirilə bilər. O xatırladıb ki, Ermənistan hakimiyyəti ilə kilsə arasındakı münasibətlər 2018-ci ildə, Paşinyan hakimiyyətə gəldikdən sonra gərginləşməyə başlayıb. Gərginlik 2020-ci il Qarabağ müharibəsindən sonra zirvəyə çatıb. Həmin vaxt bütün ermənilərin katolikosu II Qaregin Paşinyanı sərt tənqid etmiş və istefasını tələb etmişdi.
Politoloq Fuad Abbasov deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın qorxularını başa düşmək olar. Ekspert bildirib ki, uzun illər boyunca, Sarkisyan-Koçaryan tandemi Ermənistanı idarə edib:
"Bu qüvvələr Rusiyanın təlimatlarından kənara çıxmayıblar. Paşinyan isə Qərbin təlimatlarını icra etməkdədir. Hazırda Ermənistan iqtidarına yönəlik təhdidlər arasında əsas yeri Kilsə tutur. Erməni kilsəsi keçmiş hakim qüvvələrlə və digər müxaliflərlə birləşərək Paşinyana qarşı çıxarsa, baş nazirə qarşı ciddi müxalifət formalaşmış olar. Belə olduğu təqdirdə Paşinyan hakimiyyətinin sonu yaxınlaşa bilər. Bunun olmaması üçün Paşinyanın rəqiblərinə qarşı mübarizəsi, həbslər, opponentlərini zərərsizləşdirmə cəhdləri normal və təbiidir. Bunlar siyasi proseslər sayıla bilər".
F.Abbasov qeyd edib ki, Rusiya prezidentinin Ermənistan üzrə nümayəndə kimi Sergey Kiriyenkonu təyin etməsi diqqətçəkəndir:
"Sergey Kiriyenko Putindən Ermənistandakı seçkilərədək İrəvanla münasibətləri fərqli müstəviyə daşımaq vəzifəsi alıb. Bunun özü Kremlin Ermənistanla, daha doğrusu, Paşinyanla bağlı ciddi məqsədlərinin olduğunu göstərir. S.Kiriyenko İrəvanda Robert Koçaryanla görüşdü və ardınca daxili gərginlik başladı. Amma ictimaiyyətin onun tərəfində olduğunu görən Paşinyan iqtidarı asanlıqla buraxmaq niyyətində deyil. Rusiyanın da Paşinyanı devirmək ehtimallarının az olduğunu düşünürəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi