Paşinyan inad edir: Xalq məhkəməsi qarşısına çıxmağa hazırdır, istefaya yox...
Turan
10:12 20.12.2020
Siyasət
577
“Real prizmadan yanaşsaq, Nikol Paşinyanın istefası qeyri-realdır. O, Paşinyan istefaya getməyəcək, ən azından yaxın perspektivdə...”
Bu sözləri “Sherg.az”a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Ekspert bildirib ki, rəsmi Moskvanın özü belə baş nazirin istefasında maraqlı deyil:
“Əvvəla, Paşinyanın özü xalqa video-müraciətində bunu açıqca bildirdi ki, istefaya getməyəcək. Eyni zamanda dedi ki, müharibə ilə bağlı istintaq komissiyası yaratmağa, hətta xalq məhkəməsi qarşısına çıxmağa hazırdır, amma istefa yox. Əksinə, bildirdi ki, təmas nöqtələri tapmağa çalışaraq Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq lazımdır. Putin hazırki məqamı, mövcud situasiyanı post-münaqişə dövrü kimi xarakterizə edir və mütəmadi olaraq Türkiyə prezidenti Ərdoğanla danışır, bundan sonrakı vəziyyəti müzakirə edir. Türkiyənin regiondakı və xüsusilə Dağlıq Qarabağ məsələsində gündən-günə möhkəmlənən mövqeyi nəzərə alınaraq ən uyğun variant, Türkiyə reallığını dərk etməkdir. Şübhəsiz ki, bölgədəki Rusiya reallığını da gözardı etmək olmaz. Putinin Ərdoğanla müsbət münasibətlərini əsas götürən Paşinyan istefaya deyil, təmas nöqtələri tapmaq cəhdlərinə fokuslanıb”.
Analitik sabiq prezident Robert Koçaryanın Moskvaya səfərini elə şərh edib:
“Böyük siyasət aktorlar üzərindən deyil, maraqlar prizmasından əsas götürülür. Bu, xüsusilə Rusiya kimi bir dövlət üçün xarakterikdir. Bəzi dairələr Rusiyanın kimi dəstəklədiyini, yaxud dəstəkləyəcəyi sualını tez-tez gündəmə gətirirlər. Sözsüz ki, burada Koçaryan, Paşinyan, ya başqa birisi deyil, Rusiyanın öz maraqları daha prioritet məsələdir. Koçayanın səfəri Moskvanın mövqeyində elə əsaslı dəyişiklikliyə səbəb olmayacaq. Məsələ ondadır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri ləğv edildi. Paşinyan hər nə qədər ciddi cəhdlə səy göstərsə də Rusiya rəhbərliyində yüksək səviyyəli görüşə nail ola bilmədi. Bununla əlaqədar olaraq baş nazirin protokol xidmətinin rəhbəri Moskvadan geri çağırıldı. Rusiya Koçaryanı rəsmi Moskvaya sadiq siyasətçi kimi yaxın tutmaqla, Kreml reallığını dərk etməyən Paşinyana tərs şillə vurmağa, qüvvələr nisbətini balanslaşdırmağa çalışır. Koçaryan üçün isə əsas məqam Paşinyana qarşı etirazlar fonunda əks kampaniyanı genişləndirmək, özünə xal qazandırmaqdan ibarətdir”.
Ş.Həsənova vurğulayıb ki, Koçaryan Paşinyanın qatı əleyhdarıdır, bilavasitə Paşinyan tərəfindən həbs edilmiş şəxsdir:
“Təbii ki, yaranmış vəziyyətdən və fürsətdən istifadə edərək bütün imkanları ilə Paşinyanı devirməyə çalışır. Amma ən önəmli faktor Rusiyadır. Nə Paşinyanın, nə Koçaryanın səfərləri, uğursuz cəhdləri rəsmi Moskvanın mövqeyində əsaslı dəyişikliyə səbəb olacaq. Putinin Türkiyə prezidenti ilə təmasları, illik mətubat konfrasındakı çıxışında bir daha “Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir” söyləməsi göstərir ki, rəsmi Moskva Ermənistanın daxili problemlərindən daha çox, post-münaqişə dövrü məsələlərini nizama salmağa fokuslanıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
25 dəqiqəyə biletlər tükəndi!
03:23 07.05.2026
Şou
Qəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
02:42 07.05.2026
Dünya
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm