Paşinyan İsraillə oyun oynaya bilməz
08:33 04.11.2020
Siyasət
697
Sərdar Cəlaloğlu:"O, özünə ciddi tərəfdaş axtarmaq istəyir"
Avstriyanın paytaxtı Vyanada sinaqoq yaxınlığında baş vermiş terror aktından sonra Ermənistanın baş naziri Nikol Paşinyan İsrailin ünvanına səsləndirdiyi ittihamlara görə üzr istəyib.
N.Paşinyan bununla bağlı öz “Facebook” səhifəsində yazıb. Xatırladaq ki, erməni nazir bir gün əvvəl “Jerusalem Post” qəzetinə müsahibəsində İsraili Azərbaycana silah satmaqla erməni soyqırımında iştirak etməsini bildirmiş və İsrailin təklif etdiyi humanitar yardımı “Azərbaycan tərəfində döyüşən muzdlulara” göndərməyi tövsiyə etmişdi. Vyanada baş vermiş hücumdan sonra Nikol Paşinyan səhvini etiraf edib:
“Bu müsahibənin dərc olunmasından bir neçə saat sonra İsrailin dolayı da olsa, Vyanadakı sinaqoqa hücum qismində hədəf alınmasından təəssüflənirəm”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Şərq"ə açıqlamasında bildirib ki, Paşinyan əvvəl İsraili təhdid edib, sonra geri addım atmasının əsas məqsədi onun artıq mövcud reallıqları qəbul etməsindən irəli gəlir:
"Paşinyan bütün həqiqətləri açıq-aşkar görür və onları artıq qəbul etmək iqtidarındadır. Paşinyan indi yeni bir siyasət -Rusiyadan ayrılmaq siyasəti aparacaq.
Ona görə də, özünə ciddi tərəfdaşlar axtarmaqdadır.
O yaxşı bilir ki, İsraillə münasibətləri yoluna qoymadan Amerikada, Avropada ciddi müttəfiq tapa bilməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə