
Paşinyan kilsə rəhbərliyinin cəmiyyətə təsir imkanlarını zəiflətməyə çalışacaq - ŞƏRH
Yusif Nəzərli
09:58 08.06.2025
Siyasət
543
Paşinyanın erməni keşişləri “subaylıq andını pozmaq”da ittiham etməsi ilə başlanan hakimiyyət-kilsə qarşıdurması Ermənistanın əsas gündəminə çevrilib. İşğal və revanşizm ideologiyasının kilsədən qaynaqlandığını nəzərə alsaq, bu mübarizənin nəticələri Azərbaycan üçün də maraqlıdır."
"Sherg.az" xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı qeyd edir.

Onun sözlərinə görə, erməni baş nazirin kilsə ilə qarşıdurması 2018-ci ildən – hakimiyyətə gəlişindən sonra başlayıb.
"Əsas motiv erməni kilsəsinin Ermənistan dövlətindən daha güclü olması və dəstəklədiyi ideologiya ilə Paşinyanın “yeni Ermənistan” konsepsiyasının ziddiyyət təşkil etməsidir. İndiyə qədər zaman-zaman qarşılıqlı hücumlar baş verib.
- Hakimiyyət kilsənin imtiyazlarına – torpaq mülkiyyəti və mühafizəsinə əl qoymağa, eləcə də mübahisəli kilsə tarixini gündəmə gətirməyə çalışıb.
- Kilsə hakimiyyətə qarşı həmlələri daha çox siyasi qüvvələrin arxasında dayanmaqla həyata keçirib, eyni zamanda, 44 günlük müharibədən sonra Paşinyana qarşı kampaniyaya açıq dəstək verib.
Hərçənd, Ermənistanda müxalif qüvvələrin effektsiz fəaliyyəti kilsəni siyasi mübarizəyə aktiv şəkildə qoşulmasına zəmin yaratdı və Tavuşdan başlanan keşiş Baqratın küçə hərəkatı Paşinyana qarşı mübarizənin açıq müstəviyə keçməsi idi. Hərəkatın ən aktiv dövründə hadisələri səssiz izləyən Paşinyanın indi kilsəni hədəfə alması revanş gedişi kimi qəbul oluna bilər. Lakin revanş addımının niyə indi atılması fərqli səbəblərdən qaynaqlanır.
Birincisi, Rusiyanın regiona qayıtmaq cəhdləridir.
Ukrayna ətrafında danışıqlar prosesinin başlanması ilə bölgəyə qayıtmağa çalışan Rusiyanın ilk növbədə ən çox “qan itirdiyi” Ermənistanda mövqelərini bərpa etmək istəkləri müşahidə edilir. Moskva buna nail olmaq üçün təkcə hakimiyyətlə əməkdaşlığı sıxlaşdırmır, həm də müxalif qüvvələri hərəkətə keçirərək, rəsmi İrəvanın siyasətinə təsir etmək istiqamətində də işləyir. Bu prosesdə Paşinyanın hakimiyyətinə Koçaryan və Sarkisyanın liderlik etdiyi, daxili qarşıdurmada olan siyasi müxalifətdən daha çox, Rusiyanın dəstəyini təmin edə biləcək kilsə təhlükə yarada bilər. Moskva və erməni kilsəsini Paşinyana qarşı ortaq maraqlar birləşdirir.
İkincisi, Azərbaycanla sülh danışıqlarıdır.
Müxalifətin “Yeni Ermənistan” konsepsiyasından çıxış edən Paşinyanın istədiyi şərtlərdə sülhün əldə edilməsinə qarşı müqaviməti həlledici gücdə olmasa da, kilsənin vəziyyəti dəyişmək və mümkün razılaşmalara qarşı müqaviməti gücləndirmək potensialı mövcuddur.
Üçüncüsü, 2026-cı ildə Ermənistanda gözlənilən seçkilərdir.
Müxalifətin seçkilərə ciddi hazırlaşması fonunda kilsənin dəstəyi hakimiyyətə problemlər yarada bilər. Əsas risk kilsənin diasporu birləşdirərək, Paşinyanın tərəfdaşlarının olduğu Qərb ölkələrinin də rəyinə təsir edə bilməsi imkanlarıdır. Ermənistan mediasının məlumatlarına görə, artıq seçkilərə hazırlıq məqsədilə II Qareginin xeyir-duası ilə 10 nəfərlik qruplar yaradılır.
Şərhçi hesab edir ki, hər üç səbəb bir-birinə bağıdır və kilsənin “siyasi döyüşə” girəcəyi gözləntiləri fonunda Paşinyanın hərəkət keçməsi vəziyyətin nəzarətdən çıxma təhlükəsini önləmək məqsədi daşıyır:
"Bütün bunlarla yanaşı, məsələnin qanunvericilik tərəfi də var. “Ermənistan respublikası ilə Erməni Apostol Kilsəsi arasında münasibətlər” haqqında qanuna edilməsi gözlənilən dəyişikliklər kilsənin muxtariyyətinin tanınması ilə nəticələnəcək. Ermənistan hakimiyyəti kilsəyə bu imtiyazı tanımaq istəmir, yaxud ən azı hakimiyyətin nəzarətindən kənarda qalan mövcud rəhbərliyi dəyişmədən buna getmək istəmir. Erməni keşişlərin “müqəddəslik” örtüyünün açılmasına hesablanmış kampaniyanın hədəfi budur.
Hərçənd, müxalifətdən fərqli olaraq, Ermənistanda ən mütəşəkkil struktur olan kilsə üzərində nəzarəti əldə etmək asan deyil. Bu baxımdan, Paşinyan hakimiyyəti kilsə rəhbərliyini ifşa etməklə onların siyasi proseslərdə cəmiyyətə təsir imkanlarını zəiflətməyə çalışacaq və istisna deyil ki, mübarizənin gedişində keşişlərin əxlaqsızlıqlarının ispatları da gündəmə gələcək."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol