
Paşinyan müxalifəti darmadağın edir - RƏY
Yusif Nəzərli
07:16 25.07.2025
Siyasət
321
Erməni əhalisi baş naziri kilsə ilə mübarizəsində dəstəkləyir
Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin devrilməsi ilə bağlı hazırladığı fəaliyyət planını dərc edib. Baş nazir bu barədə “Facebook” hesabında yazıb. Onun fikrincə, yeni katolikos seçkiləri kilsənin orta əsr nizamnaməsi əsasında Erməni Apostol Kilsəsinin yeni Nizamnaməsi təsdiq edilənə qədər keçirilməməlidir.
Qədim erməni dilində deyil, hamının başa düşdüyü müasir erməni dilində olacaq bu Nizamnaməni Milli Kilsə Şurası təsdiq etməlidir. Bundan sonra Paşinyan dürüstlüyü yoxlanılacaq namizədlərin iştirak edəcəyi seçkilərin keçirilməsini təklif edir. Namizədlərin uyğunluğu, seçki proseduru da Nizamnamə ilə müəyyən edilməlidir. Qeyd edək ki, Ermənistan hökuməti ilə Erməni Apostol Kilsəsi arasında qarşıdurma Paşinyanın sosial şəbəkədə yüksək rütbəli ruhanilərə qarşı son dərəcə sərt ifadələr və ittihamlar səsləndirdiyi paylaşımlarından sonra kəskinləşib. Daha sonra o, bütün ermənilərin katolikosunun seçilməsi qaydasına dəyişiklik edilməsini təklif edib və bu prosesdə dövlətin həlledici rolunun təsbit edilməsini nəzərdə tutub.

Politoloq Əlimusa İbrahimov deyib ki, Nikol Paşinyan nəyə getdiyini çox gözəl bilir. Siyasi şərhçi bildirib ki, Paşinyan qarşıya qoyduğu məqsədə nail olacağını düşünməsəydi, buna getməzdi:
"Bu gün Paşinyan əleyhinə səsləndirilən fikirlər, sabiq Prezident Levon Ter-Petrosyanın xəbərdarlıq məktubu sadəcə müxalifətin qalan hissəsinin baş nazir tərəfindən darmadağın edilməsinin qarşısını almaq məqsədi güdür. Paşinyan qətiyyətlidir. Əgər baş nazir 2026-cı ildə keçiriləcək seçkilərdə qalib gəlmək istəyirsə, mütləq qarşısında duran bütün maneələri aradan qaldırmalıdır. Hazırda baş nazirin önündə duran əsas maneə erməni kilsəsi və onun rəhbəri II Qaregin dayanır. Digər məsələlər köməkçi formasındadır. Rusiya tərəfindən Ermənistana göndərilmiş Samvel Karapetyan da ölkəni qarışdırmaq və kilsəyə yardım etmək niyyətində idi. Karapetyanın ilk açıqlamaları da məhz kilsənin müdafiəsi yönündə idi. Paşinyan kilsəyə qarşı mübarizədə çox ciddidir. Fərqindədir ki, kilsəni zərərsizləşdirə bilməzsə, 2026-cı ildə seçkidə ciddi problemlərlə üzləşər. Ona görə də kilsəyə qarşı hücumu hər gün genişləndirir. Paşinyan təkcə Qaregini dəyişdirmək məqsədi güdmür, həmçinin kilsədə reformalar aparmaq fikrindədir. Baş nazir Ermənistan hökumətinin kilsəyə yox, kilsəsinin hökumətə tabe olmasını istəyir. Bu məsələdə erməni əhalisi də Paşinyanın tərəfindədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanıldı
09:55 29.06.2026
Hadisə