Paşinyan öz ampulasındadır ! - Bu dəfə də Gürcüstana ərazi iddiası ilə çıxış edib – Avantüra !
Fidan Həmişəyeva
12:52 12.10.2020
Siyasət
877
Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi “Facebook” səhifəsindəki paylaşımı Gürcüstan ictimaiyyətində böyük hiddətlə qarşılanıb. Paylaşımda Gürcüstanın Samtsxe Cavaxeti bölgəsində yerli ermənilərin bu yaxınlarda keçirdikləri aksiyadan fotoşəkil yer alıb. Fotoşəkilin üzərində aksiyanın keçirildiyi yer olaraq “Javakhk” (“Cavakx”) yazılıb. Qeyd edək ki, erməni millətçiləri və separatçıları Samtsxe Cavaxeti bölgəsini bu cür adlandırırlar. Onlar bu bölgəni Gürcüstanın deyil, Ermənistanın ərazisi sayırlar.
N.Paşinyanın bu paylaşımına minlərlə gürcü kəskin etirazını bildirərək “Gürcüstanda Cavakx yoxdur. Bura Gürcüstanın ərazisi Samtsxe Cavaxetidir”, “Ermənistanın baş naziri Gürcüstanda separatizmi təşviq etmirmi? Samtsxe Cavaxeti Gürcüstanın olub və olacaq” və digər bu kimi şərhlər yazıblar.
Bununla bir daha sübut olunur ki, Ermənistan rəhbərliyi qonşu ölkələrin ərazi bütövlüyü prinsipinə hörmət etmir, Düşmənin qonşu Gürcüstana da ərazi iddiası var. Ermənistan bu məqsədlə açıq şəkildə separatizmi alovlandırır. Düşmənin Gürcüstana olan ərazi iddialarını “Sherg.az”a dəyərləndirən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib ki, bu məsələ erməni milli mərkəzinin artıq 200 ilə yaxın bir dövrdə apardığı strategiyadır. Cəmiyyət sədrinin sözlərinə görə, Gürcüstan da Azərbaycan kimi Ermənistan xülyasının içindədir:
“Naxçıvanla Azərbaycan arasında blokada, o cümlədən Axıskadan axıska türklərinin köçürülməsi və onların yerinə ermənilərin daxil olması, həmçinin Dağlıq Qarabağ problemi bu strategiyaya daxildir. 30 ildir, atəşkəsin elan edilməsi və ATƏT-in Minsk Qrupunun boş bəyanatları sayəsində bzi də bu strategiyaya xidmət etmişik.
Milli ruhu zədələmək olmaz, düşmənə dirəniş göstərmək üçün müttəfiqlər tapmalıyıq. Əslində müttəfiq özü gəlib Azərbaycanın qapısını döyür.
Türkiyə Azərbaycana deyir ki, “mənə nə desən, onu da edəcəm”. Türkiyə açıq formada bildirir ki, hər zaman Azərbaycanın yanındadır. Bu, o deməkdir ki, Türkiyə ordusu Dağlıq Qarabağa yerləşdirilməlidir”.
Z.Məmmədli qeyd edib ki, Azərbaycanın beynəlxalq miqyasda ən böyük işi Prezidentin nəzarətində olan informasiya mərkəzinin formalaşmasıdır:
“Bu informasiya mərkəzi Azərbaycanın haqq səsini bütün dünya dillərində beynəlxalq ictimaiyyətə çatdırmalıdır. Etimadlı və ayrı-ayrı dilləri bilən mütəxəssislər bu mərkəzi idarə etməlidir. Erməni yalanları bütün dünya ölkələrinə çatdırılmalı və düşmən ifşa edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual