Paşinyan özünü rüsvay edir: ingilis dili müəllimini səfir göndərir? – XİN-də narazılıq!
09:55 29.01.2021
Siyasət
922
44 günlük savaş başa çatandan etibarən məğlub Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. İşğalçı ölkədə sosial gərginlik yüksəlir, əhalinin yaşayış səviyyəsi günbəgün aşağı enir. Nazirlərdən, qubernatorlardan sonra peşəkar diplomatların narazılığı artır, onlar kütləvi şəkildə istefa ərizələri yazırlar. Təcrübəli diplomatlar baş nazir Nikol Paşinyanı bu sahədə siyasi və rüsvayçı sayılacaq dərəcədə zəif təyinatlardan biri adlandırır.
Ermənistanın "Past" qəzetində verilən məlumata görə, Xarici işlər naziri Ara Ayvazyanla N. Paşinyan arasındakı münasibətlər də isti deyil. Yaxın gələcəkdə Ayvazyanın özünün də istefasının mümkün olacağı bildirilir.
Düşmən ölkədəki xaotik siyasi durumu şərh edən Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, politoloq Əhməd Əlili “Sherg.az”a söyləyib ki, N.Paşinyanın komandasında maraqlı proseslər baş verir:
“Bu proseslərin nəzdində ya Nikol Paşinyan öz hərəkatını yenilməli, baş verən uğursuzluğu hakimiyyətin üzərinə yıxmalıdır, ya da onun ətrafındakı adamlar Paşinyandan xilas olmalıdırlar.
Diplomatların narazılığı odur ki, vaxtilə özünə ingilis dili öyrətmiş şəxsi Amerikaya səfir göndərmək istəyir.
İngilis dili müəllimini ABŞ-a səfir göndərmək digər diplomatların peşə etikasına zidd görünür. Diplomatlar ayrıca təbəqədir. Onlar o pilləyə yüksəlmək üçün çox işləyirlər. N. Paşinyanın yaxınlığı olan müəllim gəlir xaricdə səfir olur.
Ona görə də hazırda XİN-in daxilində müəyyən gərginlik var. N. Paşinyanın öz müəllimini səfir təyin etməkdə israrlı olması Ermənistan XİN-nin daxilinə uzunmüddətli “bomba”nın qoyulması deməkdir.
Bu addım, indi də olmasa, yaxın illərdə Ermənistan XİN-nin ciddi zəifləməsinə gətirib çıxara bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya
Azərbaycanda bu kəndlərin adları DƏYİŞDİRİLİR
18:08 06.05.2026
Ölkə