“Paşinyan tutarlı faktlar qarşısında "mat qaldı”
Şəymən Bayramova
13:11 22.06.2020
Siyasət
1379
“Baş nazir hər dəfə özünü rüsvay edir”
“O öz davranışları ilə küçə adamının böyük siyasətdə yeri olmadığını nümayiş etdirib”
"Prezident İlham Əliyevin Nikol Paşinyanı beynəlxalq ictimaiyyətin gözü önündə aciz və gülünc duruma salmasını növbəti diplomatik qələbəmiz hesab edirəm".
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin sədr müavini Ehtiram Mehdiyev deyib.
E.Mehdiyevin sözlərinə görə, siyasi və diplomatik qabiliyyəti olmadığından Paşinyan hər dəfə özünü belə tədbirlərdə rüsvay edir:
"Artıq bununla neçənci dəfədir ki, Paşinyan tutarlı faktlar qarşısında mat vəziyyətdə qalır. Və belə çətin bir vəziyyətdə özünü ifşa edərək səhvlər buraxır. Paşinyanın Sammitdəki çıxışı onun dil biliyinin səviyyəsinin nə qədər aşağı olduğunu bir daha göstərdi. Cənab İlham Əliyevin geniş nitq söyləyərək Paşinyana verdiyi tutarlı cavab Ermənistan prezidentini çətin vəziyyətə saldı və o fikrini ingilis dilində çatdıra bilmədiyindən, keçdi ermənicə yalanlar danışmağa".
AXCP-nin sədr müavini hesab edir ki, Paşinyan Ermənistandakı son vəziyyəti nəzərə alaraq daxili auditoriyaya hesablanmış çıxış etməyə çalışırdı. Amma Ermənistan prezidentinin bu çıxışı onun yürütdüyü faşist ideologiyasını kölgədə saxlaya bilmədi:
"Sammitdəki çıxışı Paşinyanın növbəti yalan və saxtakarlıq cəhdi idi və o öz davranışları ilə küçə adamının böyük siyasətdə yeri olmadığını nümayiş etdirib. Erməni baş nazir absurd fikirləri ilə göstərib ki, mitinqlərdə çıxış etməklə beynəlxalq səviyyəli konfranslarda çıxış etmək, dövlət idarəçiliyini həyata keçirə bilmək tamamilə ayrı-ayrı şeylərdir. Bu, bütün hallarda istənilən hökumət başçısı üçün arzuolunan vəziyyət deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xameneinin müşaviri: İranın hücumu İsrail üçün xəbərdarlıq idi
00:02 08.06.2026
Dünya
İsrail ordusu İran ərazisindən raketlərin buraxıldığını qeydə alıb
23:35 07.06.2026
Dünya
Cəlilabad sakinini ot bağlaması yükləyən zaman ilan sancıb
23:14 07.06.2026
Hadisə
Kristian Eriksen Ukrayna ilə oyunda huşunu itirib
22:45 07.06.2026
Futbol
Tramp jurnalistə əsəbləşib, müsahibəni yarımçıq kəsdi
22:28 07.06.2026
Hadisə
Ağdaşda su kanalında kişi meyiti tapılıb
22:09 07.06.2026
Hadisə
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
21:40 07.06.2026
Gündəm
Bu, Türkiyəyə milyardlar qazandırdı - Ərdoğan
21:28 07.06.2026
Region
Millimiz Estoniyanı məğlub etdi
20:47 07.06.2026
İdman
İran istənilən hücuma cavab verəcək - Bəqai
19:56 07.06.2026
Region
Tramp: İranla saziş üçün Livan şərt deyil
19:40 07.06.2026
Dünya
Fransa Kiprdə qoşun yerləşdirəcək
19:27 07.06.2026
Dünya
Şamaxıda zəlzələ baş verdi
18:19 07.06.2026
Hadisə