Əslində beynəlxalq ictimaiyyət, elə məşhur teleaparıcı Stiven Sakur da yaxşı bilir ki, Ermənistanda insan hüquq və azadlıqları kobud şəkildə pozulur, jurnalistlər, siyasətçilər təqib və həbs olunur. Düşmən ölkədə rüşvətxorluq, korrupsiya halları durmadan artır. Paşinyan isə utanmadan adını belə çəkmədiyi beynəlxalq reytinqlərdə, jurnallarda son iki ildə qazanılan “nailiyyətlərdən” dəm vurur. Sakur “Azərbaycanla sülhə nail olmaq üçün hakimiyyətə gəldiniz. Lakin ötən ay biz yeni toqquşma, yeni münaqişə gördük” ifadəsi ilə Paşinyanın da sələfləri kimi, işğalçı və faşist mahiyyətini bir daha ifşa etdi. Paşinyan qeyri-səlis ingiliscəsi ilə bütün dünyaya məlum olan bu faktdan yayınmağa çalışdı.
Paşinyan "yana-yana" qaldı
Turan
07:25 18.08.2020
Siyasət
986
BBC Ermənistanın astarını da göstərdi, üzünü də
"Bundan sonra dünya işğalçı erməniləri daha yaxşı tanıyacaq"
Ermənistanın Baş naziri Nikol Paşinyan BBC televiziyasının “HARDTalk” proqramında özünü növbəti dəfə rüsvay edib. Veriliş boyu məşhur teleaparıcı Stiven Sakurun obyektiv və faktlara əsaslanan sualları qarşısında aciz vəziyyətə düşən Paşinyan siyasi ritorika və natiqlik baxımından çox primitiv olduğunu nümayiş etdirib. Nüfuzlu proqramın əvvəlində aparıcının “İnqilabdan iki il ötür, ermənilərin böyük əksəriyyətinin ümidləri puç olub. Səhv nədə oldu?” sualına Paşınyan ənənəvi ampluasına sadiq qalaraq xəyal etdiyi, heç özünün də inanmadığı “nailiyyətlərdən” danışaraq cavab verib.
Əslində beynəlxalq ictimaiyyət, elə məşhur teleaparıcı Stiven Sakur da yaxşı bilir ki, Ermənistanda insan hüquq və azadlıqları kobud şəkildə pozulur, jurnalistlər, siyasətçilər təqib və həbs olunur. Düşmən ölkədə rüşvətxorluq, korrupsiya halları durmadan artır. Paşinyan isə utanmadan adını belə çəkmədiyi beynəlxalq reytinqlərdə, jurnallarda son iki ildə qazanılan “nailiyyətlərdən” dəm vurur. Sakur “Azərbaycanla sülhə nail olmaq üçün hakimiyyətə gəldiniz. Lakin ötən ay biz yeni toqquşma, yeni münaqişə gördük” ifadəsi ilə Paşinyanın da sələfləri kimi, işğalçı və faşist mahiyyətini bir daha ifşa etdi. Paşinyan qeyri-səlis ingiliscəsi ilə bütün dünyaya məlum olan bu faktdan yayınmağa çalışdı.
Aparıcı isə dərhal müdaxilə edərək bildirdi ki, “sizin siyasətiniz sülhün bərqərar olması üçün hesablanmayıb”. Paşinyan buna da cavab verə bilməyib və kəkələyib. Lakin hər zaman olduğu kimi, heç bir fakta, sənədə əsaslanmayan, siyasi reallığa uyğun olmayan fikirlər səsləndirməklə nə qədər savadsız və məntiqsiz olduğunu bütün dünyaya nümayiş etdirir.
Hazırlıqlı və peşəkar aparıcı açıq şəkildə Paşinyanı sülhməramlı olmamaqda, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməkdə, həmçinin işğal olunmuş torpaqlara qanunsuz səfərlərə görə ittiham edib. Paşinyan bu dəfə də yalanlar silsiləsini davam etdirərək faktlardan yayınmağa, işğalçı mahiyyətini ört-basdır etməyə çalışıb. Rüsvayçı müsahibə bir daha Paşinyanın nə dərəcədə savadsız, səriştəsiz, xəyalpərəst “siyasətçi” olduğunu ortaya qoyub.
Baş nazirin növbəti biabırçılığını “Sherg.az”a dəyərləndirən millət vəkili Elman Məmmədov vurğulayıb ki, bir dövlətə və millətə Paşinyan kimi səfehlərin rəhbərlik etməsi, ermənilərin hansı gündə olduğunu ortaya qoyur. Deputatın sözlərinə görə, baş nazirin əqidəsi erməni xislətinə tam uyğundur:
“BBC aparıcısının Paşinyana ünvanladığı suallar çox ciddi məqamları əks etdirirdi. Sualların mahiyyəti ondan ibarətdir ki, Avropa, o cümlədən nüfuzlu media orqanı olan BBC ermənilərin işğalçılıq faktını qəbul edir, hətta Ermənistan rəhbərliyinə ittiham irəli sürür. Stiven Sakur açıq şəkildə, baş nazirin üzünə baxaraq vurğuladı ki, ermənilər işğalçıdır və hələ də öz təcavüzlərini davam etdirirlər. Jurnalistin bütün sualları Ermənistanın addımlarının ifşasına yönəlmişdi. Bu mənada Paşinyanın müsahibədə rüsvay olması təkcə baş nazirin deyil, bütövlükdə Ermənistanın ifşasına gətirib çıxartdı. Ermənilər niyyətlərini gizlətsələr də, tədricən əsl kimlikləri dünyaya məlum olur. Yaramaz bisavadın suallara verdiyi cavablarla ermənilərin haqsız olduğu, dünyanı aldatdığı bir daha təsdiqləndi”.
Parlament üzvü qeyd edib ki, əcnəbi jurnalistin, yaxud BBC-nin Azərbaycanla heç bir əlaqəsi yoxdur: “Media orqanı dünyanın ən nüfuzlu və müstəqil fəaliyyət göstərən 5-6 media orqanlarından biridir.
Sakur kimdən nə soruşduğunu çox gözəl bilirdi. Erməni baş nazirin rüsvayçılığı ilk dəfə yaşanmır. 2 il ərzində Paşinyan müxtəlif nüfuzlu tədbirlərdə, debatlarda, müsahibələrdə öz səviyyəsizliyini dəfələrlə isbatlayıb, əməlli-başlı özünü biabır edib”.
E.Məmmədov vurğulayıb ki, müsahibə Ermənistan dövlətinin müstəqil siyasətinin və kursunun olmadığını təsdiqlədi:
“Paşinyan Rusiya ilə Avropa arasında var-gəl edərək, nala-mıxa vurdu, ikiüzlü siyasətini ortaya qoydu. Tarix boyu ermənilər çox “ustalıqla” ikitərəfli oynayıblar. Həm Qərbə, həm də Rusiyaya vassallıq missiyasını məharətlə yerinə yetiriblər. Birindən maliyyə və siyasi dəstək, digərindən silah-sursat alıblar. Lakin göründüyü kimi artıq Qərb dünyası Ermənistanın necə bir ölkə olduğunu yavaş-yavaş anlamağa başlayır. Bundan sonra dünya işğalçı erməniləri daha yaxşı tanıyacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat