“Paşinyana qarşı daxili hücumlara start verilir" - AKTUAL ŞƏRH
Şəymən Bayramova
11:01 04.06.2020
Siyasət
1010
"Dövlət başçısı İlham Əliyevin Ermənistana verdiyi mesajlar xüsusi əhəmiyyət kəsb edən amildir. Məhz prezidentin bu mesajlarından sonra Ermənistan ictimai rəyində ciddi narahatlıqlar yaranır və Paşinyana qarşı daxili hücumlara start verilir".
Bu sözləri "Sherg.az"a Cənubi Qafqaz Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədulazadə deyib.
Həqiqətən də Ermənistanın bu gün faşizm ideyalarının daşıyıcısı olduğunu vurğulayan politoloq hesab edir ki, dövlət başçısı artıq bunu beynəlxalaq auditoriya qarşısında qaldırmaqla İrəvanın yeritdiyi işğalçılıq siyasətinin mahiyyətini ortaya qoyub:
"Qarabağla bağlı Avropa Şurasının qərarlarında qərəzin olması heç də Azərbaycanın öz ədalətli mövqeyinə kölgə salmış olmayacaq.
Azərbaycanın ərazi bütövlüyü və münaqişənin beynəlxalq hüquqa uyğun olaraq həlli prosesi daima Beynəlxalq təşkilatlarda dəstək verilib. Hesab edirəm ki, bu dövlət başçısının apardığı məntiqli siyasətin bariz nümunəsidir.
Beynəlxalq miqyasda Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və Ermənistan işğalçı ölkə kimi təsbit edilib. Məhz bu istiqamətdə verilən açıqlamalar çox mühümdür və Ermənistana qarşı aparılan bu siyasət davam edəcəyinin göstəricisidir.
Bu gün Azərbaycan ordusu kifayət qədər güclənib və bu sahədə Azərbaycanala Ermənistanın ayaqlaşması mümkün deyil. Yalnız Rusiyanın köhnə silahlarına ümid edən işğalçı ölkə Azərbaycanın gücü qarşısnda acizdir.
2016-cı ilin aprel döyüşləri də bunun bariz nümunəsidir. Bu gün Azərbaycan xalqı öz ordusunun arxasındadır və ərazilərin azad olunması üçün istənilən əmrə dəstəkdi. Məhz xalq Qarabağ məsələsində yekdil olaraq bir qarış torpağın belə güzəştinə razı deyil.
Qarabağ məsələsi Azərbaycan xalqı və dövləti üçün qırmızı xəttdir və prezident İlham Əliyev bu qırmızı xətti daim Ermənistana göstərib. Mütləq şəkildə Azərbaycan öz ərazilərini bərpa edəcək, xalq və dövlət birliyi zəfər çalacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya
İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq
17:13 01.08.2026
Region
AB səfiri Azərbaycan dilini öynənir - Video
16:59 01.08.2026
Gündəm