Paşinyandan tarixi səhv: “Deputatlar avantüranı qəbul etmir”
Turan
09:30 20.04.2020
Siyasət
843
“Ermənistandakı anti- demokratik rejim insanları “qanun” adı ilə sıxışdırmaq üçün gecə-gündüz çalışır”
Ermənistan parlamenti cinayət yolu ilə əldə edilən mülkiyyətin məhkəmənin icazəsi olmadan müsadirə edilməsi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 99 deputat səs verib. Bundan öncə baş nazir Nikol Paşinyan hüquq-mühafizə orqanlarının rəhbərini çağıraraq, polis təşkilatına bütün keçmiş siyasilərin və biznesmenlərin cinayət işini açması ilə bağlı tapşırıq verib. Vurğulanıb ki, pandemiyanın düşmən ölkəyə vurduğu zərəri ancaq bu cür zorla pul toplamaqla aradan qaldırmaq mümkündür.
Şübhəsiz, bu durum Ermənistan iqtisadiyyatının hansı vəziyyətdə olduğunu göstərir. İrəvan hökumətinin başçısı müxtəlif üsullara boşalan büdcəni doldurmağa cəhd göstərir. Lakin eksperlərə görə, Paşinyanın bu cür addımları əhali arasında ciddi etiraza gətirib çıxara bilər. Bu isə baş nazirin onsuz da azalmış dəstəyini tamamilə itirməsi ilə nəticələnər.
Siyasi şərhçi, “Milli.az” xəbər portalının baş redaktoru Anar İmanov "Sherg.az"a bildirib ki, sözügedən qanuna görə, siyasətçi və sahibkarların 102 min dollardan çox varidatı varsa, məhkəmə qərarı olmadan müsadirə edilə bilər.
Analitik vurğulayıb ki, başqa dövlətlər 21-ci əsrdə inkişaf edir, vətandaşları üçün daha yaxşı qanunlar qəbul edir, Ermənistan isə keçmişə qayıdır:
“Ermənistan ötən əsrin 1930-cu illərinə geri dönür. 1930-cu illərdə məşhur sovet praktikası olan “troyka” (üçlük) məhkəmələri yaradılmışdı. Hər hansı şəxsi tutanda qərarı 3 nəfərin iclası çıxardırdı: - prokuror, Kommunist Partiyasının yerli sədri və NKVD əməkdaşı. Nə vəkil, nə hər hansı başqa bir müdafiəçi bu prosesdə iştirak etmirdi. İki il ərzində bu “məhkəmələr” vasitəsilə 1 milyon yarımdan çox insan həbs edilmiş, 670 minə yaxın insan güllələnmişdi. Qalanlarını isə başqa üsullarla cəzalandırmışdılar. Yəni uzunmüddətli həbs, sürgün və s. Maraqlıdır ki, bəzi hallarda insanın taleyini heç üç cəllad da yox, iki və yaxud cəmi bir nəfər həll edirdi. Budur, 100 ilə yaxın sonra Ermənistanda bu tip “məhkəmələr” də olmasa, ona oxşar bir situasiya yaradılır. Bu nədən xəbər verir? Ermənistanda formalaşan antidemokratik rejim orada yaşayan insanlara daha çox zülm etmək, onları “qanun” adı ilə daha çox sıxışdırmaq üçün gecə-gündüz çalışır. Bu yanaşma özünü Ermənistanın təkidi ilə pandemiya dövründə Dağlıq Qarabağda “seçki” keçirilməsində də göstərdi. Ermənistan hakimiyyəti bir daha təsdiqlədi ki, siyasi oyunlara görə öz vətandaşlarını böyük risk altına ata bilər”.
A.İmanov bildirib ki, bu gülməli “konfiskasiya” qanunun lehinə 99 deputat səs versə də, 15 nəfər əleyhinə çıxıb:
“Bu, onun göstəricisidir ki, bəzi deputatlar heç də baş nazir Paşinyanın yeni avantürasını qəbul etmir və başa düşür ki, bu qərar marazmdır və tarixi səhvdir. Bir başqa maraqlı məqamı da qeyd edim. Qanun siyasətçi və sahibkarlara aiddir. Hansısa həkim rüşvətlə 103 min dollar toplayıbsa, onun qanunsuz varidatı müsadirə olunmur. Bu diskriminasiya nəyə lazımdır? Bu da çox düşündürücü məqamdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə