“Paşinyanın açıqlaması gərginliyin artmasına xidmət etdi” – ŞƏRH
Fidan Həmişəyeva
10:10 07.07.2020
Siyasət
809
“Prezident İlham Əliyev iyulun 6-da verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı danışıqlara və Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə toxundu. Prezident bəyan etdi ki, həmsədrlər Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” açıqlamasına reaksiya vermədilər”.
Bu sözləri “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.
Analitik vuruğulayıb ki, Paşinyanın açıqlaması bölgədə gərginliyin artmasına xidmət etdi:
“ “Bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir” – bu Prezident İlham Əliyevin qiymətləndirməsidir.
Prezident bir daha xatırlatdı ki, Azərbaycan separatçılarla və onların qondarma rejimi ilə danışıqlar aparmayacaq. İlham Əliyev həmsədrlərin Nikol Paşinyanın “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparsın” açıqlamasına da reaksiya vermədiklərini bildirib. Azərbaycan prezidenti “formatı dəyişmək lazımdır” fikrinin danışıqları əhəmiyyətsiz etdiyini vurğulayıb.
Ölkə başçısı həmsədrlərin Nikol Paşinyanın Şuşaya təxribatçı səfər edərək qondarma andiçmə mərasimindəki iştirakına səssiz qalmalarını da tənqid etdi: “Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq”.
Prezident qeyd edib ki, Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. İlham Əliyev bu məsələni hər dəfə həmsədrlər qarşısında qaldırdığını, ancaq vasitəçilərin buna da seyirçi qaldıqlarını bildirdi. İlham Əliyev ATƏT-in faktaraşdırıcı missiyasının sonuncu dəfə işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olduğunu xatırladaraq bunları dedi: “On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur!” ”.
E.Şahinoğlu bildirib ki, cənab Prezident Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti olmadığını söyləyib:
“Məsələ burasındadır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin il ərzində bir neçə onlayn müzakirəsi olub. Siyasi ekspertlər də bu müzakirələrin mənasız olduğunu vurğulayırdılar. Müzakirələrdə koronavirus pandemiyası ilə mübarizənin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə aidiyyatı var idi? Prezident bir daha vurğuladı ki, danışıqların imitasiyası Azərbaycanın maraqlarına xidmət etmir. Belə olan halda xarici işlər naziri Elmar Məmmədyarovun nədən hər dəfə erməni həmkarıyla onlayn müzakirələrə qatılması sual doğurur. Prezident bu müzakirələrin Azərbaycan üçün mənasız olduğunu bildirdi, xarici işlər naziri isə vasitəçilərin təklif etdikləri bütün mənasız onlayn konfranslara qatılmağa üstünlük verir”.
Analitik qeyd edib ki, Azərbaycan prezidenti Minsk Qrupunun fəaliyyətini yararsız hesab edərək buna dair detallı dəlillər irəli sürdü:
“Əslində bu dəyərləndirmədən sonra rəsmi Bakının vasitəçilərin sadəcə öz varlıqlarını göstərmək üçün həyata keçirdikləri mənasız danışıqlardan imtina etməsi və ya fasilə götürməsi zərurətini gündəmə gətirdi. Prezidentin müsahibəsindəki son cümlə də bundan xəbər verir: “Heç kim Aprel döyüşlərini yadından çıxarmasın” ”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat